Səfir: “Ermənistan Rusiyanı və KTMT-ni münaqişəyə cəlb etmək istəyir”
11:39 18.07.2020
Siyasət
869
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrini Azərbaycanla münaqişəyə cəlb etməyə cəhd göstərir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə nu RBK-ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
“Bu təxribat KTMT ölkələrini, ilk növbədə də blokun əsas üzvü olan Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etməyə istiqamətlənib. Belə ki, bu təxribat Dağlıq Qarabağla təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhədində törədilib", - deyə Azərbaycan səfiri vurğulayıb.
Diplomatın sözlərinə görə, münaqişə zamanı tərəflərdən heç biri yeni yüksəklik və ərazilər tutmayıb: "Azərbaycan münaqişənin gərginləşməsində maraqlı deyil. Biz sülh yolu ilə həldə maraqlıyıq, lakin bunun üçün işğalçı qoşunları bölgədən çıxarmaq lazımdır. O zaman Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar başlayacaq. Yalnız onda hansısa kompromislərdən danışmaq olar. Bu gün hansı kompromisdən söhbət gedə bilər? Nə, biz öz torpaqlarımızı verməliyik? Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağı isə heç kəs tanımır".
P. Bülbüloğlu BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən çıxarılması haqqında dörd qətnaməsinin mövcudluğunu xatırladıb: "Xalqımız Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların yerində saymasından yorulub. Ona görə də iyulun 15-də Bakıda "Karantini bitir, müharibəni başla" şüarı ilə aksiya keçirildi. ATƏT-in Minsk Qrupunun üç həmsədri gəlir, gedir. Lakin münaqişənin həlli yerindən tərpənmir. Cəmiyyətdə Minsk Qrupunun işindən çox böyük narazılıqlar var. “Dərhal müharibəyə başla” şüarı səslənib. İnsanlarda ərazilərinin işğal olunmasına görə utanc hissi var. Onlar nə etməlidirlər? Sona qədər getməyi tələb edirlər. Bu, cəmiyyətdəki əhval-ruhiyyənin vacib göstəricisidir. Bu onu göstərir ki, Azərbaycan xalqı heç vaxt öz ərazilərinin itirilməsi ilə barışmayacaq. Əminik ki, regionun ən böyük, nüfuzlu ölkəsi, BMT TŞ-nin və Minsk Qrupunun üzvü bu münaqişənin həllində tarixi missiyanı öz üzərinə götürə bilər. Burada bizimdir, sizindir alınmayacaq. Burada birmənalı olaraq öz mövqeyini bildirmək lazımdır. Xəritədə kimin kimin torpağını işğal etdiyi gözəl görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət