“Səfirliklərdəki təmizləmə diplomatlara mesajdır” - Nəzarət güclənir !
Fidan Həmişəyeva
15:24 26.08.2020
Siyasət
930
“Onlar öz fəaliyyətlərində dəyişikliklər etsinlər və işlərində olan nöqsanları aradan qaldırsınlar”
Prezident İlham Əliyev ölkəmizin idarəetmə sistemində davamlı islahatların keçirilməsi istiqamətində mühüm işlər görür. Təbii ki, bu islahatların əsas məqsədi dövlət orqanlarında şəffaflığın təmin edilməsi və vətəndaşların məmnunluğunun bərqərar olmasıdır. Məhz bu məqsəddən yola çıxaraq ölkə başçısı səfirliklər, nazirliklər, icra hakimiyyəti orqanları və digər dövlət sturukturlarında ciddi araşdırmaların aparılması yönündə mühüm göstərişlər verir. Ölkə başçısı xüsusilə səfirliklərin işinin səmərəlilik əmsalının müəyyən edilməli olduğunu bildirib.
Prezident qeyd edib:
“Bəzi hallarda səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər. Səfirliklərimiz xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqədə olmalıdırlar”.
Dövlət orqanlarında aparılan islahatları “Sherg.az”a dəyərləndirən siyasi analitik İlqar Vəlizadə bildirib ki, islahatlar bütün hallarda cəmiyyətə müsbət təsir göstərir. Analitikin sözlərinə görə, insanlar gündəlik həyatlarında dövlət orqanlarının gördüyü işlərdən bəhrələnməlidirlər:
“Çünki uzun illərdir ki, bəzi məmurlar büdcəni talayıblar, qanundan kənar işlərlə məşğul olub, özlərinə biznes mühiti yaradıblar. Əlbəttə, bu hallar konkret olaraq vətəndaşlara mənfi təsir göstərir.
Məhz bu səbəbdən ölkə başçısı dövlət sturutukrlarında islahatların keçirilməsi üçün göstərişlər verir.
Səfirliklərimizdə, nazirliklərimizdə və digər sturukturlarımızda təmizləmə prosesləri indiki məmurlara da mesajdır. Yəni onlar öz fəaliyyətlərində dəyişikliklər etsinlər və işlərində olan nöqsanları aradan qaldırsınlar.
Prezident də çıxışlarında bəyan edir ki, dövlət orqanlarına nəzarət gücləndiriləcək. Ölkə başçısı bu sahədə ictimai nəzarətdən və sosial şəbəkələrdən də çox şeyin asılı olduğunu qeyd edir. Ümumiyyətlə, islahatlar vacibdir. Bu baxımdan cənab Prezidentin gördüyü işlər təqdirəlayiqdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat