“Serbiya rəsmiləri ilə görüşdə ciddi qərarlar qəbul ediləcək” - Aktual
Fidan Həmişəyeva
14:00 11.08.2020
Siyasət
871
“Serbiya indi tamamilə düzgün addım atır. Həm nazirlərini Azərbaycana göndərir, həm Prezidentimizlə telefon əlaqəsi qurub söhbətlər aparır”
“Nə Azərbaycan, nə də Serbiya bu münasibətləri pozmaq niyyətindədir. Əksinə hər iki ölkə əlaqələri inkişaf etdirmək tərəfdarıdır”
Serbiyanın Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviçin Azərbaycanda səfərdədir. N.Stefanoviçlə görüş keçirilib. Görüşdə Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Araz Əzimov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov iştirak ediblər.
Görüşdə iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsi məsələsi müzakirə olunub.
Qeyd edək ki, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. A.Vuçiç Tovuzda baş vermiş hadisələr zamanı Ermənistanın Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib.
Görüş barədə “Sherg.az”a danışan AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkiliSəməd Seyidov bildirib ki, Azərbaycan-Serbiya münasibətləri uzun illərdir, yüksələn xətlə inkişaf edir. Deputatın fikrincə, bu, heç də təsadüf deyil. Çünki Azərbaycanın Serbiya ilə həm tarixi əlaqələri var, həm də Serbiya Azərbaycan kimi eyni problem və faciənin qurbanına çevrilib:
“Necə ki, Ermənistan Dağlıq Qarabağı işğal edib, eləcə də Azərbaycan Kosovanı qəti tanıya bilməz. Ona görə ki, bu, beynəlxalq qanuna zidd olan bir məsələdir. Hətta Azərbaycan sülhməramlı qoşunlarını da Kosovadan çıxarıb. Çünki biz bütün dünyadakı ərazi bütövlüyü ilə bağlı olan məsələlərə eyni yanaşmanı sərgiləyirik.
Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan -Serbiya münasibətləri uzun illərdir, bir-birinə dəstək xarakteri daşıyan münasibətlər kimi qiymətləndirilməlidir.
Avropa Şurasında uzun illər Serbiya üzrə məruzəçi işləmişəm. Ona görə də Serbiya-Azərbaycan münasibətlərinin nə dərəcədə yüksək səviyyədə olmasını çox gözəl bilirəm”.
Parlament üzvü vurğulayıb ki, Azərbaycan Serbiya ilə münasibətlərinin inkişafında xeyli işlər görüb, yenə də görmək niyyətindədir:
“Həm mədəni, həm iqtisadi, həm də siyasi əlaqələrimiz buna əsas yaradır. Amma iyulda baş vermiş hadisələr və aşkara çıxarılmış faktlar buna kölgə salır. Çünki biz bütün dostlarımıza səmimi münasibət bəsləyirik və eyni münasibəti də onlardan gözləyirik. Hesab edirəm ki, problemimizi bilən Serbiya indi tamamilə düzgün addım atır. Həm nazirlərini Azərbaycana göndərir, həm Prezidentimizlə telefon əlaqəsi qurub söhbətlər aparır”.
S.Seyidov qeyd edib ki, Serbiya Daxili İşlər nazirinin Azərbaycana səfəri hər iki ölkə münasibətlərinin ciddi xarakter daşıdığına dəlalət edir:
“Nə Azərbaycan, nə də Serbiya bu münasibətləri pozmaq niyyətindədir. Əksinə hər iki ölkə əlaqələri inkişaf etdirmək tərəfdarıdır. Bu münasibətlərə xələl gətirən məsələlər, məsələn Ermənistana göndərilən silah və bu silahdan Azərbaycana qarşı istifadə məsələsi görüşdə ciddi təhlil olunacaq və ciddi qərarlar qəbul ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm