Serbiyadan olan siyasətçilər həmişə Azərbaycanın mövqelərinə hörmət edir - RƏY
12:24 24.12.2024
Siyasət
474
Dekabrın 23-də Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
XİN-dən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Serbiya tərəfindən hər zaman qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin təqdirəlayiq olduğunu bildiriblər.
Ölkəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Prezident Vuçiç COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
Politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, Azərbaycan və Serbiya arasındakı əlaqələr çox yüksək səviyyədə inkişaf edir:
"Nəzərə almalıyıq ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi ehtiramını bütün platformalarda hər zaman söyləyən liderlərdəndir. Çünki İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyində çox vacib rol oynayır. Eyni zamanda Serbiya da bunun dəyərini çox yaxşı dərk edir. Son illərdə Aleksandar Vuçiçin Bakıya, İlham Əliyevin isə Serbiyaya səfərləri gerçəkləşib. Bunlar iki ölkə arasında olan yaxşı əlaqələri göstərir. Bundan başqa dövlətimiz beynəlxalq hüququn norma və prinsiplərində Serbiyaya öz dəstəyini ifadə edib. Kosovo məsələsi ilə bağlı Serbiyanın haqlı mövqelərinə qarşı biz həmişə tərəfdar olmuşuq. Digər tərəfdən Aleksandar Vuçiç də Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Avropada bəlli siyasi təşkilatlarda Azərbaycan əleyhinə aparılan kompaniya və dezinformasiyalarda Serbiyadan olan siyasətçilər Azərbaycanın mövqelərinə hörmət edib və etməkdədir".
Politoloqun sözlərinə görə, Ceyhun Bayramovun Vuçiçlə görüşü və ikitərəfli əlaqələrin tərəqqisi ilə bağlı verilən açıqlamalar xüsusi diqqətə layiqdir:
"Görüşdə Azərbaycanla Serbiya arasında bundan sonrakı iqtisadi əlaqələrin gələcəyi və dayanıqlılığı da müzakirə edilib. Ümumilikdə bütün bunlar iki dövlət arasındakı dərin münasibətlərin bundan sonra da davam edəcəyini söyləməyimizə əsas verir".
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi