Sergey Markov: "Paşinyan, hər an hakimiyyətdən uzaqlaşdırıla bilər”
16:46 18.10.2020
Siyasət
861
Azərbaycan oktyabrın 18-də Müstəqillik Gününü bayram edir. Azərbaycanın bütün dostları ölkə rəhbərliyini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edir və əmin-amanlıq arzulayırlar.
Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov bu barədə öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, bu il Azərbaycan Müstəqillik Gününü Dağlıq Qarabağda hərbi uğurlarla bağlı böyük vətənpərvərlik coşmuşu ilə bayram edir. Azərbaycan ordusu Ermənistan tərəfindən 25 ildən çox müddətdə zəbt edilmiş ərazilərinin 10 faizini artıq öz nəzarəti altına alıb. Hücum davam edir.
Politoloq yazıb: “Ermənistanın baş naziri, bu müharibənin əsas səbəbkarı, Ermənistanın siyasi və hərbi məğlubiyyətlərinin əsas səbəbkarı Nikol Paşinyan, hər an hakimiyyətdən uzaqlaşdırıla bilər”, - deyən politoloqun fikrincə, “Orada hakimiyyət hərbi komitəyə ötürülə bilər. Buna səbəb - Ermənistanın açıq-aşkar hərbi məğlubiyyəti, bir də odur ki, Rusiya açıq-aşkar Sorosun əlaltısı olan Paşinyana kömək göstərmək istəmir. Hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu əyani şəkildə göstərdi ki, o, daha yaxşı təchiz olunub, daha yaxşı hazırlaşıb və görünür, onun döyüş ruhu da yüksəkdir, çünki o, öz əraziləri uğrunda vuruşur. Axı Rusiya da, dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region