Sergey Şoyqu Azərbaycana səfər edəcək


Sergey Şoyqu Azərbaycana səfər edəcək 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək . Rusiyadakı hərbi mənbələrdən APA -nın Moskva müxbirinə verilən məlumata görə, Rusiya müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək. 

Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də baş tutacağı gözlənilir.