Sərt mövqe ! - "Minsk Qrupundan hesabat tələb olunur !"
Turan
16:57 09.07.2020
Siyasət
977
“Bu reaksiya beynəlxalq təşkilatları ciddi düşündürməldir”
"Azərbaycan hərbi meydana öz sözünü deyib və bu hüququnu hər zaman özündə saxladığını açıq bəyan edib”
“Dövlət başçısı modul tipli xəstəxananın açılışında Dağlıq Qarabağ münaqişəsinin həlli və beynəlxalq vasitəçilərin mövqeyi ilə bağlı çox sərt ifadələr işlətdi”.
Bunu “Sherg.az”a açıqlamasında “QHT.az” saytının baş redaktoru, İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
Birlik rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyev diplomatiya və beynəlxalq münasibətlər üzrə həm nəzəri, həm də praktik təcrübəyə malik bir liderdir:
“SSRİ-nin ən nüfuzlu ali məktəbində təhsil alan və sonradan həmin universitetdə tədrislə məşğul olan İlham Əliyev beynəlxalq münasibətlərin bütün incəliklərinə bələddir. Ölkə başçısının ən böyük müəllimi dünya şöhrətli siyasətçi, Ümummilli lider Heydər Əliyev olub. Bu baxımdan Azərbaycan Prezidentinin mövqeyi hər zaman milli maraqlarımızı ifadə edir. Paralel olaraq, beynəlxalq hüquqa əsaslanır və beynəlxalq münasibətlər çərçivəsində qəbul edilmiş prinsipləri özündə ehtiva edir. Prezident hər beynəlxalq tədbirdə Ermənistanın işğalçı siyasətini və beynəlxalq hüquqazidd əməllərini ifşa etməklə yanaşı, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini diqqətə çatdırır. Əlbəttə, bu ifadənin altında o da vurğulanır ki, hazırki Ermənistan məhz Azərbaycanın tarixi torpaqları üzərində yaradılıb”.
C.Hüseynzadənin fikrincə, Prezidentin çıxışını beynəlxalq qurumlardan, xüsusən ATƏT-in Minsk Qrupundan hesabat tələb olunması kimi də şərh etmək olar:
“Danışıqların aparılması üzrə bu təşkilat səlahiyyətləndirilib. Ermənistan əldə olunan ilkin razılıqlar üzrə müəyyən mərhələyə çatdıqdan sonra qəbul etdiyi prinsipləri kənara qoyub, yeni prinsiplər və qaydalar təklif edir. Halbuki prosesin həmin nöqtəyə gəlməsi üçün nə qədər işlər aparılıb. Ölkə başçısı məhz beynəlxalq təşkilatlardan Ermənistanın heç bir beynəlxalq prinsiplərə sığmayan bu “qərarsız”lığına münasibət bildirməyi tələb edir. Prezident tərəfindən haqlı suallar qoyulur ki, həmsədrlər Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” iddiasına niyə cavab vermir? Axı bu münasibət, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir”.
Sayt rəhbəri qeyd edib ki, Minsk Qrupu illər öncə münaqişənin tərəfləri ilə bağlı öz qərarını verib və danışıqların əsas tərəfi kimi Azərbaycan və Ermənistan müəyyən olunub:
“Ermənistan tərəfinin iki ildir danışıqların formatını dəyişmək istəməsi məntiqsizliyinin təzahürüdür. Lakin vasitəçilər buna da cavab vermir.
Cənab prezident Minsk Qrupunu beynəlxalq qaydaları bilməməkdə və yaxud bu qaydaları görməzdən gəlməkdə haqlı olaraq ittiham edir. Necə olur ki, bəzən 24 saat ərzində hər hansı təcavüzkar və yaxud kiçik formada beynəlxalq hüquqi pozan dövlətə qarşı sanksiyalardan başlayaraq , hərbi müdaxiləyə qədər həyata keçirilir.
Lakin məsələ Azərbaycan olanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında səsləndirilir ki, hərb variantı mümkün deyil. Niyə? Ölkə başçısı bu iddialara tutarlı və beynəlxalq hüquqa uyğun olaraq cavab verir. Dövlət başçımız BMT-nin Nizamnaməsində ölkələrin özünümüdafiə hüququnun təsbit oluğunu əsas gətirir. Cənab Prezident ilham Əliyevin rəhbərliyi ilə bu hüquqdan istifadə olunmaqla, düşməninin təxribatına cavab olaraq, 2016-ci ildə aprel döyüşlərini uğurla həyata keçirib.
Prezident tərəfindən sərt mövqeyin ortaya qoyulması beynəlxalq təşkilatları ciddi düşündürməldir. Azərbaycan yaxın tarixdə hərbi meydana öz sözünü deyib və bu hüququnu hər zaman özündə saxladığını açıq bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat