Sərt mövqe ! - “Rusiyadan yaxşı heç nə gözləmirəm”
Fidan Həmişəyeva
12:19 17.08.2020
Siyasət
1035
“Ermənistanda olan silahların hamısı Rusiyadan alınıb”
“Silahlar hansı dövlətlərin hava limanından keçirsə, onlar yaxşı düşünməlidirlər”
Rusiyanın Rostov şəhərindən havaya qalxan hərbi yük təyyarəsi Qazaxıstan, Türkmənistan və İran hava məkanlarından keçməklə İrəvana eniş edib. Bəzi araşdırmaçılar Ermənistana daşınan yükün silah-sürsat olduğunu yazır.
Rusiyadan Ermənistana iyul ayının 17-dən avqust ayının 4-dək təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların hava məkanından daşınmasına icazə vermədiyi üçün reyslər Rostov-Minvod(RF)–Aktau(QR)–Türkmənbaşı(TR)–Novşer-Rəşt (İİR) – Mehri – İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb.
Təəssüf ki, Gürcüstandan fərqli olaraq, Qazaxıstan, Türkmənistan və İran Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq verib. Hər üç ölkənin respublikamızla yaxın siyasi və iqtisadi münasibətləri var. Buna rəğmən həmin ölkələr işğalçı Ermənistana Azərbaycana qarşı istifadə etmək üçün silah-sursat daşınmasına etiraz etməyiblər. Amma Azərbaycan tərəfi bu ölkələrlə bağlı dəyanətini dəfələrlə sübut edib.
Rusiyanın hər zaman Ermənistana silah verdiyini deyən millət vəkili Vahid Əhmədov“Sherg.az”a bildirib ki, Kreml yeri gəldikdə Ermənistandan pul da almır. Parlament üzvü qeyd edib ki, bu gün Ermənistanda olan silahların hamısı Rusiyadan alınıb:
“Silahlar hansı dövlətlərin hava limanından keçirsə, onlar yaxşı düşünməlidirlər. Çünki həmin ölkələrin Azərbaycanla iqtisadi-humanitar əlaqələri var. Ölkə başçısı hər zaman onlarla yaxşı münasibətdə olub. Amma onlar imkan verirlər ki, hava limanlarından silahların aparılması həyata keçirilsin. Ən düşündürücü məsələlərdən biri budur. Dövlətlər bu barədə yaxşı düşünməlidirlər ki, “niyə Azərbaycan kimi ölkə ilə münasibətləri korlayıb öz hava limanımızdan istifadəyə icazə verməliyik?!”.
V.Əhmədov vurğulayıb ki, Rusiya həmişə Ermənistanın yanındadır:
“Tovuz hadisələri göstərdi ki, Rusiya baş verənlərdə çox maraqlıdır. Ona görə də Rusiyadan yaxşı heç nə gözləmirəm. Şimal qonşumuz strateji müttəfiqimizdir, iqtisadi əlaqələrimiz var. Amma onların Ermənistana mövqeyi tamamilə başqadır. Ona görə də hər zaman düşməni silahla təmin ediblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat