Sərt reaksiya:“Minsk qrupunun “kitabı bağlanıb””
Fidan Həmişəyeva
14:10 27.11.2020
Siyasət
772
“Hər hansı bir funksiyası qalmayıb”
“Fransa heç vaxt Minsk qrupunun həmsədr ölkəsi kimi obyektiv mövqe sərgiləməyib”
“Ona görə də Fransanın Minsk qrupunun həmsədrliyində qalması düzgün deyil”
Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Fransa Senatı tərəfindən qondarma rejimin tanınmasına dair qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan XİN-in etiraz notası səfirə təqdim edilib. Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb. Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib. Məhz bu görüşdən sonra Fransa XİN-in brifinqi keçirilib. Brifinq zamanı qeyd olunub ki, rəsmi Paris “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır:
“25 noyabrda Senat qətnamə qəbul edib və bu qətnamədə öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini bir daha xatırladıb – Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır”.
Fransa XİN-nin bəyanatını “Sherg.az”a şərh edən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, nazirliyin qondarma rejimin müstəqilliyini təsdiq etməməsi yaxşı haldır. Lakin Fransa istənilən halda ermənipərəst mövqeyindən əl çəkə bilməyəcək:
“Fransa heç vaxt Minsk qrupunun həmsədr ölkəsi kimi obyektiv mövqe sərgiləməyib. Ona görə də Fransanın Minsk qrupunun həmsədrliyində qalması düzgün deyil. Ümumiyyətlə, Minsk qrupunun hər hansı bir funksiyası qalmayıb, bir sözlə, “kitabı bağlanıb””.
Xanım parlamentari qeyd edib ki, Fransa prezidenti də artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyır:
“Bu yaxınlarda Makronun sosial şəbəkədə açıqlamasının da şahidi olduq. Onsuz da bütün tarixi mənbələr Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edib. Bu baxımdan Fransa hakimiyyəti qondarma rejimi tanımadığını rəsmi şəkildə bəyan edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol