Söhbət ABŞ və Fransadan getmir
Turan
06:54 26.11.2020
Siyasət
694
Bölgədə sülhün və təhlükəsizliyin davamlı olmasına ATƏT zəmanət verməlidir
“Dağlıq Qarabağ məsələsinin yekun həlli Minsk qrupunun üç həmsədri arasında deyil, bütövlükdə ATƏT çərçivəsində olmalıdır”. Bu sözləri “Şərq”ə politoloq İlqar Vəlizadə deyib. Son günlər Qərb ölkələrini təmsil edən vasitəçilərin aktivləşməsini dəyərləndirən siyasi şərhçi bildirib ki, əgər söhbət ümumavropa təhlükəsizliyindən gedirsə, Qərb dövlətləri prosesdə öz mövqelərini mütləq ortaya qoymalıdır: “Bölgədə sülhün və təhlükəsizliyin davamlı olmasına ATƏT zəmanət verməlidir.
Söhbət ABŞ və Fransadan getmir. Niyə Almaniya, yaxud Böyük Britaniya problemin həllində iştirak etməsin?! Almaniya münaqişədə konstruktiv mövqe sərgilədi. Angela Merkel dəfələrlə bəyan etdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməlidir, buna haqqı çatır. Bu dövlətlər Minsk qrupunun üzvləri, BMT-nin Təhlükəsiz Şurasının aparıcı təmsilçiləri kimi münaqişənin birdəfəlik çözülməsində söz söyləmək hüququna sahibdirlər. Fransa olmasın, Böyük Britaniya, yaxud Almaniya olsun, axı onlar da Avropa ölkəsidir”.
Analitik “Qərb ölkələrinin bölgədəki proseslərə cəlb olunması Rusiyanın rolunu məhdudlaşdıracaq” iddiaları ilə razı olmadığını bildirib: “30 il ərzində ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak edib.
Hər iki dövlətin təşəbbüsləri ilə çoxsaylı görüşlər keçirilib. Bu müddət ərzində Moskvanın bölgəyə təsir imkanları zəifləyibmi? Kreml hansısa mərhələdə proseslərdən kənarda qalıbmı? Rusiya heç bir addımını Qərb ölkələrinin yanaşması ilə tənzimləməyib.
Moskva Qarabağda kontingentin sadəcə ruslardan ibarət olduğu sülhməramlılarının yerləşdirilməsini dəfələrlə gündəmə gətirib. ABŞ və Fransa isə buna etirazını bildirməyib, sükutla yanaşıb.
Özümüzü aldatmayaq. 30 ildir deyirdik ki, guya ABŞ-ın, nə bilim hansısa Qərb ölkəsinin Cənubi Qafqazda xüsusi maraqları var və onlar Rusiyaya imkan verməzlər. Bəs hanı onların marağı, niyə indiki proseslərdə özünü göstərmədi?! Deməli, hamısı boş və mənasız iddialar imiş”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
18:16 23.06.2026
Dünya
Polşa Baş naziri: Ölkədə anti-Ukrayna ab-havası hökm sürür
17:57 23.06.2026
Dünya
Zelenski Polşaya səfərdən imtina etdi
17:49 23.06.2026
Dünya