“Böyük Ermənistan”a birləşmək üçün Gürcüstandan dəhliz tələb edəcəyik. Ermənilər orada xeyli əvvəl yaşayıblar. Bütün bu torpaqlar, eləcə də Dağıstan və Çeçenistan “Böyük Ermənistan”ın tərkibində idi”. Qriqoryanın sözlərinə görə, Rusiya diasporunda hər bir erməni bu məqsədə nail olmaq üçün çalışmalıdır.
Şok vəziyyətdən ayıla bilmirlər
Turan
06:21 11.02.2021
Siyasət
988
"Qriqoryanın bəyanatı bizim üçün milçək vızıltısıdır"
"Qonşu dövlətlərin ərazilərinə iddia etmək, boş xəyallar arxasınca sürünmək inkişaf yolu deyil və çox risklidir"
Sosial şəbəkələrdə Rusiyadakı erməni diasporunun nümayəndəsi Norayr Qriqoryanın ermənilərin ideologiyası ilə bağlı dərc etdiyi paylaşım ciddi rezonans doğurub. Feysbuk səhifəsində erməni xalqına müraciət edən diaspora nümayəndəsi iddia edib ki, onların əsas məqsədi paytaxtı Soçi və ya Adler şəhəri olan erməni muxtariyyətini əldə etməkdir. Onun sözlərinə görə, bu ərazilər Ermənistanın tərkibinə daxil olacaq, sonradan Abxaziya da onlara birləşəcək: “Abxaziya artıq bizimdir və bundan sonrakı “birləşmə” yalnız de-yure olacaq.
“Böyük Ermənistan”a birləşmək üçün Gürcüstandan dəhliz tələb edəcəyik. Ermənilər orada xeyli əvvəl yaşayıblar. Bütün bu torpaqlar, eləcə də Dağıstan və Çeçenistan “Böyük Ermənistan”ın tərkibində idi”. Qriqoryanın sözlərinə görə, Rusiya diasporunda hər bir erməni bu məqsədə nail olmaq üçün çalışmalıdır.
Ermənilərin həyasız iddialarını “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Azərbaycanın qələbəsindən sonra erməni cəmiyyəti şok vəziyyətindən çıxa bilməyib. Çünki erməni xalqının beyni daim saxta və uydurma “dövlətçilik tarixi” nağılları ilə yuyulub. Ermənilər kütləvi psixoz halına salınıblar.
Xalqın bu vəziyyəti dövləti istədiyi şərtlərlə idarə edən korrupsioner rejimlərə sərfəli idi. Baş nazir Nikol Paşinyan bu təbliğatın içərisində yetişməsinə baxmayaraq, az da olsa reallığı başa düşürdü.
44 günlük Vətən müharibəsindən sonra bütün ermənilər reallığın fərqinə vardılar. Gördülər ki, “Böyük Ermənistan” utopiyası sabun köpüyü kimidir və həqiqətlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Qriqoryanın Rusiya və Gürcüstan torpaqlarına ərazi iddiası isə ideoloji xarakterlidir.
“Millətçilik” ideologiyası üzərindən hakimiyyətə gələn “Qarabağ klanı” sınmış erməni ruhunu diriltmək üçün belə fəndlərdən istifadə edir. Hazırda erməni cəmiyyətində qütbləşmə gedir. Hakimiyyət uğrunda “Qarabağ klanı”nın revanş istəkləri aydın görünür.
Eks prezidentlərdən Serj Sarkisyan oyundan çıxarılsa da, Robert Koçaryan Rusiyanın dəstəyinə arxalanaraq hakimiyyətə can atır. Rusiya Paşinyanın devrilməsində maraqlı olsa da, hazırda buna imkan vermək istəmir.
“Qarabağ klanı”nın rəhbərləri isə hakimiyyətə gedən yolu açmaq üçün müxtəlif variantlara əl atırlar. Qonşulara ərazi iddiaları da bu qəbildəndir”.
Siyasi şərhçi vurğulayıb ki, erməni millətçilərinin bu sayaq bəyanatları Rusiyada qıcıqlandırıcı effekt vermir:
“Təssəvür edin, bənzər ifadələr Azərbaycanın hansısa siyasətçisi, yaxud blogeri tərəfindən gündəmə gəlsəydi, necə qiyamət qopardı. Dərhal Solovyov və Jirinovskini dövriyyəyə buraxardılar.
Əfsuslar olsun ki, erməni həyasızlığına Rusiya və Gürcüstandan ciddi reaksiyalar gəlmir. Bəlkə də erməniləri ciddiyə almırlar. İstənilən halda Qriqoryan kimi adamların bəyanatları bizim üçün milçək vızıltısıdır. Azərbaycan hədəfini bilir və addım-addım ona doğru irəliləyir.
Ermənistan durmadan inkişaf edən, hərtərəfli güclənən və əhalisinin sayı ilbəil artan türk dünyasının ortasında özbaşınalıq etməməli, dilini dinc, əlini farağat saxlamalıdır. Qonşu dövlətlərin ərazilərinə iddia etmək, boş xəyallar arxasınca sürünmək inkişaf yolu deyil və çox risklidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm