Solovyov Ermənistana hiddətləndi - “Bizə dəhliz lazımdır”
Yusif Nəzərli
17:32 16.01.2025
Siyasət
475
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı istədiyini edir, hətta üzümüzə tüpürür, biz isə sakiticə tamaşa edirik.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı teleaparıcı Vladimir Solovyov ABŞ və Ermənistan arasında imzalanmış strateji sənədi şərh edərkən deyib.
Jurnalist qeyd edib ki, İrəvanın Vaşinqtonla əldə etdiyi razılaşma Rusiyanın regional maraqlarına uyğun gəlmir:
“Tramp “Panama bizimdir” deyir. Bəs biz Ermənistana o qədər pul yatırmışıq ki, ABŞ-nin Paşinyanı ələ almaqla orada öz bazasını qurmasına tamaşa edək, niyə bunu demirik? Dayanmadan üzümüzə tüpürür, istədiyini edir, bizə ehtiyaclarının olmadığını söyləyir. Biz də üzümüzü silib deyirik ki, münasibətimiz var.
Qafqazda milli maraqlarımızın olduğunu desək, necə olar? İranla münasibətlərimiz indi yeni səviyyəyə qalxır, bəs orada quru dəhlizi və ortaq sərhəd var, ya yox? Gürcüstan və Ermənistana sakitcə deyə bilərikmi ki, orada quru dəhlizinin olması milli maraqlarımıza uyğundur?
Bunu 2008-ci ildə edə bilərdik, amma bizə deyərdilər ki, nə edirsən, sən imperialistsən, müstəmləkəçisən, buna necə cəsarət edirsən?
ABŞ isə buna baxıb deyəcək ki, Rusiya bunu edə bilməz, onlar revizionistlərdir, amma özləri Qrenlandiya, Kanada və Panamada bunu edə bilərlər. Rusiya edəndə isə revizionist olur”.
Oxşar xəbərlər
Azərbaycan artıq Böyük Britaniya ilə münasibətlərini yeni strateji mərhələyə keçirir -ŞƏRH
12:35 13.11.2026
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında birgə bəyannamə imzalandı
23:21 12.11.2026
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə