Solovyovun təhqirlərinin qarşısı alınmalıdır
07:23 19.11.2020
Siyasət
887
"Onlar həqiqətən də intellektli biri olsaydılar, təhqir etmədən də öz sözlərini deyə bilərdilər"
Rusiyanın “Rossiya 1” televiziya kanalında yayımlanan “Vladimir Solovyov ilə Axşam” proqramı növbəti dəfə qalmaqallı çıxışlara səhnə olub. Azərbaycanın 44 günlük Vətən savaşı dövründə və ondan sonrakı müddətdə mütəmadi olaraq qərəzli mövqeyi ilə seçilən və jurnalist etikasına sığmayan şərhlərə yer verən, türk düşməni, islam əleyhdarı mövqeyindən çıxış edən Vladimir Solovyov bu dəfə daha da irəli gedib. Heç bir qırmızı xətti və sərhədi olmayan Solovyov verilişinə qonaq qismində özü qədər Azərbaycan və Türkiyəyə nifrət saçan “Həqiqət Uğrunda” partiyasının üzvü Sergey Mixeevi dəvət edib. Türkiyə mövzusunda debat zamanı Mixeev həm Türkiyə, həm də Azərbaycan haqqında xoşagəlməz ifadələr işlədib.
Siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, rəsmi kanalda açıq-aşkar təhqiramiz ifadələr işlətmək jurnalist etikasının kobud şəkildə pozulmasıdır. Ekspert bildirib ki, təəssüf ki, Solovyov və ona bənzər subyektlərin bu etikadan istədikləri kimi sui-istifadə halları hər keçən gün artmaqdadır:
"Adətən siyasi təbliğatla məşğul olanlar çalışırlar ki, tərəflərini gizlədərək bunu etsinlər. Amma Solovyov və onun qonaqları bunu açıq şəkildə edir.
Bu, konkret olaraq ermənilərin dəyirmanına su tökən, yaxud da birbaşa ermənilərə işləyən, özünü onlara təslim etmiş bir alətdir.
Onlar həqiqətən də bacarıqlı və intellektli biri olsaydılar, təhqir etmədən də öz sözlərini deyə bilərdilər. Lakin onlar bunu bacarmır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə