“Soros Fondu Ermənistanı öz təsiri altına salmağı bacardı”
Şəymən Bayramova
09:52 02.08.2020
Siyasət
977
“Amma dünyanın heç bir ölkəsində xarici dairələrin dəstəyi ilə gəlmiş hakimiyyətin ömrü uzun olmur”
Regionlara səfər çərçivəsində Balakən rayonunda “ASAN” Xidmətin regional mərkəzinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra dövlət əhəmiyyətli məqamlara toxunub.
Ermənistanın bugünkü rəhbərliyinin Soros Fondunun təsiri altında olan adamlardan ibarət olduğunu vurğulayan dövlət başçısının sözlərinə görə, hazırda Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu adıçəkilən Fondun və ona yaxın təşkilatların əməkdaşları olub:
“Ermənistanda baş vermiş “inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Ermənistanda indiki hakimiyyət erməni xalqının nifrət etdiyi əvvəlki hakimiyyətdən fərqlənmir. Soros fondu Azərbaycanda təxribatla məşğul idi, gənclərin beyinlərini zəhərləyirdilər, onları öz dövlətinə qarşı qaldırmaq istəyirdilər”.
Prezidentin toxunduğu məsələni son dərəcə əhəmiyyətli hesab edən ölkə ictimaiyyətinin ümumi rəyinə görə, Corc Sorosun rəhbərlik etdiyi fondların, ona bağlı beynəlxalq təşkilatların Azərbaycana qarşı kampaniya aparmasında, ölkəmiz barədə dezinformasiyalar yaymasında başlıca niyyət erməni lobbisinin məqsədlərinə xidmət etməkdir.
Ancaq bütün səylərə baxmayaraq, bunlar indiyədək heç bir nəticə verməyib. Bundan sonrakı mərhələdə də Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin.
Millət vəkili Azər Badamov da “Sherg.az”a açıqlamasında Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsinin Soros Fondunun dəstəyi ilə təmin edildiyini deyib. Amma deputat onu da qeyd edib ki, dünyanın heç bir ölkəsində xarici dairələrin dəstəyi ilə gəlmiş hakimiyyətin ömrü uzun olmur:
"Humanitar təhsil və siyasi maarifləndirmə adı altında Soros Fondunun bir sıra cəmiyyətlərdə öz ideyalarını formalaşdırdığını vurğulayan deputat bildirib ki, Sorosun ictimai vətəndaş cəmiyyətlərinin əsas məqsədi hakimiyyətləri zəiflədib öz təsiri altına salmaqdır. Görünən odur ki, Ermənistanda bunu bacarıblar”
Deputat qeyd edib ki, bu Fond fəaliyyətini xeyriyyəçilik adı ilə pərdələsə də, artıq zamanla əsl mahiyyəti üzə çıxır:
“Ermənilərin iş ortağı hesab edilən Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq QHT-lərin də əsas maliyyə dayağıdır. Soros Fondunun bir çox ölkədə öz məqsədlərini həyata keçirmək üçün demokratiya şüarı altında müəyyən qüvvələri maliyyələşdirib dövlət çevrilişlərinə dəstək verdiyi sirr deyil.
Ermənistanda Paşinyanın hakimiyyətə gəlişini maliyyələşdirən də Soros Fondu olub.
Ermənistan əhalisi Sarkisyanın oğru və qatil hakimiyyətindən cana gəlmişdi və ölkə rəhbərliyinə kimin gəlməsindən asıllı olmayaraq hakimiyyətin çevrilişinə razı idi.
Belə bir vaxtda Soros Fondu saqqalı, kürəyində arxa çantası, üzündə yazıq və məzlum sifəti olan Nikol Paşinyanı ortaya çıxard. Və əvvəlki hakimiyyətindən cana gəlmiş ermənilər Paşinyanın arxasınca getdi. Halbuki Soros Fondunun Paşinyanı hakimiyyətə gətirməkdə öz maraqları vardı.
Bu maraq Ermənistanın KTMT-dən , Avrasiya İttifaqından ayrılmaq və Qərbə inteqrasiya olunmaqdan ibarət idi. Ermənistanın hakimiyyət nümayəndələrinin dünya ölkələrinin reaksiyasını yoxlamaq üçün Tovuz istiqamətində törətdiyi təxribata görə də Soros Fondundan dəstək aldığı birmənalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi