Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində də erməni təcavüzü ilə üzləşən azərbaycanlılar düşmənin həyasızlığına cavab vermək məcburiyyətində qalırlar. Çünki ermənilər bayrağımızı və şəhidlərimizin fotolarını ayaq altına alır, Azərbaycanı və ölkə rəhbərliyini təhqir edirlər.
Soydaşlarımız ehtiyatı əldən verməməlidir
Turan
08:18 28.07.2020
Siyasət
799
Ermənilərin gələcəkdə də təxribatları gözləniləndir
Ermənilər Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc soydaşlarımıza qarşı təxribat törətməkdə davam edir. İrəvanın və xaricdəki lobbinin dəstəyi ilə həyata keçirilən təxribatlar erməni diasporasının terror mahiyyətini bir daha təsdiqləyir. Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olduğunu dünya birliyinə əyani şəkildə nümayiş etdirir.
Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində də erməni təcavüzü ilə üzləşən azərbaycanlılar düşmənin həyasızlığına cavab vermək məcburiyyətində qalırlar. Çünki ermənilər bayrağımızı və şəhidlərimizin fotolarını ayaq altına alır, Azərbaycanı və ölkə rəhbərliyini təhqir edirlər.
Lakin hər şeydən öncə bizim vəzifəmiz erməni vandalizmini ifşa etmək, təqsirkarların məsuliyyətə cəlb olunmasına nail olmaqdır. Erməni vəhşiliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və düşmənin havadarlarını İrəvanı müdafiə etməkdən vaz keçirmək Ermənistana ən böyük zərbə olar.
Bəzi xarici ölkələrdə yaşanan arzuolunmaz proseslərlə bağlı “Şərq”ə danışan millət vəkili Nəsib Məhməliyev deyib ki, Tovuz istiqamətindəki təxribatlardan sonra, ermənilər əvvəlcədən planlaşdırdıqları senariyə uyğun dünyanın bir çox ölkəsində kütləvi aksiyalar təşkil etdilər. Deputatın sözlərinə görə, diaspora təşkilatının aksiyaları daxili və xarici siyasətdə oriyentasiyasını itirmiş bədnam Paşinyan iqtidarına dəstək məqsədi daşıyırdı:
“Ermənilər kriminal ementləri və terror təşkilatı kimi tanınmış “ASALA” üzvlərini cəlb etməklə soydaşlarımıza qarşı fiziki güc tətbiq edirlər. Ancaq düşmən nəinki istəyinə nail olmadı, əksinə, özünü biabır etdi. Son zamanlar, Avropa Birliyi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası kimi beynəlxalq təşkilatların Azərbaycana dəstək bəyanatları ilə çıxış etmələri, ABŞ Konqresinin 296 saylı qanuna əlavəsi düşməni yeni təxribatlara məcbur qoydu.
Ermənilər sivil, qanuni davranış metodlarına yox, fiziki zorakılığa əl ataraq soydaşlarımızı təxribata çəkmək istəyirlər. Qətiyyən buna yol vermək olmaz. Düşmənin əlinə arzuladığı arqumentləri verməməliyik. Biz mübarizəmizi qanuni yollarla, dinc şəkildə aparmalıyıq. Ermənilər çox gözəl başa düşürlər ki, heç bir halda işğal faktını əsaslandıra bilməzlər.
Onların və havadarlarının gözlədiklərinin əksinə, uzun illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı torpaqlarının işğalı ilə barışmadı. Ona görə də gələcəkdə belə təxribatlar gözləniləndir. Soydaşlarımız ehtiyatlı olmalıdırlar”.
Parlament üzvü qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızın nümayiş etdirdikləri milli həmrəylik, vətənpərvərlik hər bir azərbaycanlı üçün fəxrdir: “Bəzi xoşagəlməz insidentləri nəzərə almasaq, bütövlükdə həmvətənlərimizin keçirdikləri aksiyaları yüksək qiymətləndirirəm.
Demək olar ki, müstəqillik tariximizin ən qürurlandırıcı səhifələrindən biri idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi