Şoyqunun zəngi ! - “...İstəyir ki, prosesləri pozsun” - Riyakarlıq !
Fidan Həmişəyeva
10:38 14.10.2020
Siyasət
1338
“Düşünmürəm ki, Şoyqu bu zəngi ilə Azərbaycan və Ermənistanı eyniləşdirir”
“Amma hər kəsə bəllidir ki, ermənilər humanitar atəşkəs qaydalarını pozurlar. Gəncədəki dağıntılarla bağlı foto və videogörüntülər var”
“Rusiya Prezidentinin bəyanatı var ki, Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar aparır”
“Bu bəyanat o deməkdir ki, ölkəmiz hazırda ermənilərin qanunsuz fəaliyyətinə qarşı mübarizə aparır”
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Ermənistanın müdafiə naziri David Tonoyanla telefon danışığı olub. Müzakirə zamanı S.Şoyqu oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib.
Məlumdur ki, humanitar atəşkəs qaydalarını pozan tərəf Ermənistandır. Düşmənin oktyabrın 11-də Gəncədə törətdiyi qətliam bunun əyani sübutudur.
Rusiyalı nazirin isə telefon danışığı zamanı Ermənistanla bərabər Azərbaycana da çağırış etməsi absurddur. Qaydaları pozan, mülki əhalini raket atəşinə tutan, beynəlxalq qanunlara məhəl qoymayan tərəf Ermənistandır.
Lakin Rusiya qaydalara riayət etmək üçün Azərbaycana çağırış edir. Bu, bir növ Rusiyanın Azərbaycanı Ermənistanla eyni tərəzinin gözünə qoyması deməkdir.
Rusiyalı nazirin zəngini “Sherg.az”a dəyərləndirən BDU-nun Geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, dosent Fərhad Hüseynov bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı görüşdə bir gözləntisi olub. Bu da humanitar atəşkəsin elan olunması idi. Ekspertin qənaətincə, əslində humanitar atəşkəs Azərbaycan diplomatiyasının uğurudur:
“Yəni əsas o idi ki, üçtərəfli görüşdən sonra yenə də baza prinsipləri əsasında danışıqların davamı və formatın dəyişməməsi qeyd olundu. Çünki baza prinsipləri deyiləndə ərazi bütövlüyünün bərpası nəzərdə tutulur.
Cənab Prezident də çıxışında qeyd etdi ki, humanitar atəşkəs Ermənistana verilən ikinci şansdır. Ermənistan bu şansdan bəhrələnib öz addımlarını sülhə yönəltməlidir. Təəssüf ki, düşmən bu tarixi şansdan istifadə etmir və istəyir ki, prosesləri pozsun”.
F.Hüseynov S.Şoyqunun zənginin formal xarakter daşıdığını düşünür:
“Düşünmürəm ki, Şoyqu bu zəngi ilə Azərbaycan və Ermənistanı eyniləşdirir. Amma telefonda danışılanların konkret sitati ilə tanış deyilik.
Hər kəsə bəllidir ki, ermənilər humanitar atəşkəs qaydalarını pozurlar. Gəncədəki dağıntılarla bağlı foto və videogörüntülər var.
Rusiya Prezidentinin bəyanatı var ki, Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar aparır. Bu bəyanat o deməkdir ki, ölkəmiz hazırda ermənilərin qanunsuz fəaliyyətinə qarşı mübarizə aparır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual