
Sözü sənədə tikmək olmur: Zəngəzur dəhlizi ilə bağlı İrəvanın vədləri boş hay- küydür - TƏHLİL
Yusif Nəzərli
07:10 19.02.2025
Siyasət
656
Ermənistan mediası Bakı və İrəvan arasında Zəngəzur dəhlizinin açılması barədə yekun razılıq olduğunu yazıb. "Hraparak" qəzeti məlumat yayıb ki, Ermənistan baş naziri Nikol Paşinyan pərdəarxasında dəhlizin “maneəsiz keçid” prinsipi ilə açılmasına razılaşıb. Artıq bu istiqamətdə işlər aparıldığı qeyd edilir. İddialara görə, Azərbaycanla dəhliz məsələsinin müzakirə edilmədiyini deyən hakim qüvvələr “maneəsiz keçid” anlayışını gündəmə gətiriblər və insanları tədricən buna hazırlayırlar.
Qəzetdə qeyd edilib ki, maneəsiz keçid rejimində Azərbaycanla Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq. Bu, Ermənistanın bəzi rəsmi şəxsləri tərəfindən də dəstəklənir. Misal üçün, Ermənistan parlamentinin sədri Alen Simonyan da bildirib ki, Bakıya maneəsiz yol verilməsinə hazırdırlar. Nəşr əlavə edib ki, status məsələsinə gəlincə, hansı yol olur olsun, Azərbaycan bunu “dəhliz” adlandıracaq.

Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, Zəngəzur dəhlizi beynəlxalq tranzit baxımından faydalı, geosiyasi cəhətdən yeni nəqliyyat-logistika sistemi kimi dəyərləndirilir. Analitik vurğulayıb ki, bu dəhliz vasitəsi ilə təkcə Azərbaycan və Ermənistanın deyil, eyni zamanda beynəlxalq yüklər də daşınacaq:
"Zəngəzur dəhlizində həm Şərq, həm də Qərb dövlətlərinin maraqları var. Çin və Avropa Birliyi də maraqlıdır. Ermənistana dəstək verən Fransanın burada ciddi tormozlayıcı rol oynayacağını düşünmürəm. Sadəcə problem ondadır ki, maneəsiz keçid məsələsini Ermənistan "qarşılıqlılıq prinsiplə" qəbul etmək istəyir. Naxçıvandan, Culfa ərazisindən İrana yeni dəmir yolu keçidini təmin etməklə Hindistana yolunu asanlaşdırmaq niyyəti güdür. Burada da maneəsiz keçid istəyir. Problem də burada yaranır. Çünki Bakının Azərbaycanın bir ərazisindən digərinə maneəsiz keçid tələbi anlaşılan və təbiidir. Bu hüquqidir və dünya praktikasında var. Ancaq Ermənistan Azərbaycan ərazisindən keçməklə hansısa erməni ərazisinə daxil olmur, başqa bir ölkəyə keçir. Burada prinsipi eyniliklə tətbiq etmək mümkün deyil. Ona görə də Azərbaycan bunu qəbul etmir. Ancaq bu hələ də müzakirə predmetidir və danışıqlar gedir. Bakı da İrəvana təzyiqlərini davam etdirəcək. Paralel olaraq İran ərazisindən "Araz yolu" deyilən bir yolun inşası, körpünün, dəmir yolunun tikintisi də gündəmdədir. Bu məsələ də İrəvana təzyiq mahiyyəti daşıyır".
N.Miri vurğulayıb ki, Ermənistan rəhbərliyi Azərbaycana yönəlik guya konstruktiv davrandığını göstərməyə, həm də daxili ictimai rəyi hazırlamağa çalışır:
"Bəs dəhliz nə zaman reallaşa bilər? Sözü sənədə tikmək olmur. Xüsusilə də Ermənistan kimi yalançı və xəyanətkar, davamlılığı olmayan, etimadsız bir dövlətdən söhbət gedirsə, İrəvandan verilən sözləri qəbul etmək mümkün deyil. Bu yöndə nə zaman konkret qərar verilərsə, Ermənistan öz büdcəsindən 44 kilometrlik yola, Ağbənddən Naxçıvana çəkiləcək yolu maliyyələşdirərsə, o halda konkret icraatdan danışmaq mümkündür. Hələlik Ermənistan tərəfi bir metrlik dəmir yolu xətti ilə bağlı hər hansı əmələ keçməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi