Sülh imkanları tükənir ! - “Mütləq hərbi təzyiqlər işə salınmalıdır”
Turan
12:45 22.06.2020
Siyasət
784
“Ermənistan münaqişənin həllində maraqlı görünmür”
“Ordumuza güvənirik və ərazilərimizi işğaldan azad edəcəyinə tam əminik. Ölkə başçısının bu istiqamətdə siyasətini dəstəkləyirik”
Bir neçə gündən sonra ATƏT-in Minsk Qrupunun həmsdərlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfransı keçiriləcək. Danışıqlar Rusiyanın vasitəçiliyi ilə baş tutacaq.
Məlumdur ki, bu formatda görüş aprel ayında keçirilib və nəticəsiz başa çatıb. Ekspertlər budəfəki danışıqların da əhəmiyyətsiz olacağını ehtimal edirlər.
Ehtimal olunan görüşlə bağlı düşüncələrini “Sherg.az”a təhlil edən Cənub Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, bu cür danışıqlarda əsasən Ermənistan tərəfi maraqlıdır. Politoloqun sözlərinə görə, Azərbaycanın hərbi təlimləri və Bakıdan verilən müharibə xəbərdarlıqları düşmən tərəfi danışıqlara sövq edir:
“Cəbhədə təxribatlar törədilsə də, Ermənistan maksimum atəşkəsin qorunmasına çalışır. İrəvan hökuməti hesab edir ki, bu cür danışıqlarla indiki status-kvonu qoruyub saxlayacaq. Bundan sonrakı danışıqlarda müsbət nəticə gözlənilmir. Baş naziri Nikol Paşinyanın başı daxildə aparılan mübarizəyə qarışıb. Onun danışıqlarda kompromisə gedəcəyi inandırıcı deyil.
“Şərq Tərəfdaşlığı” ölkələrinin konfransında erməni baş nazirin Qarabağdakı separatçıları tərəf kimi qələmə verməsi Paşinyanın Qarabağ münaqişəsinin həllində yetərli gücə malik olmadığını göstərir. Keçən həftə İrəvanda Ermənistan və qondarma Qarabağ rejiminin birgə “təhlükəsizlik şuralarının iclası” oldu. Məhz bu iclasda bir qarış da torpaq güzəştə gedilməməsi və qondarma qurumun “müstəqilliyi” ön plana çəkilib”.
Siyasi şərhçinin fikrincə, Ermənistanda nə “xalqların sülhə hazırlanması”, nə də əsirlərin “hamının hamıya” prinsipi üzrə dəyişdirlməsi müzakirə olunmur:
“Danışıqlar prosesi yenidən atəşkəsin qorunması üçün keçirilir. Burada maraqlı tərəflər Minsk qrupu və Ermənistandır. Azərbaycan bu cür görüşlərə etimad etməməlidir. Məsələni hərbi müstəviyə qaldırmalı, konkret vaxt və tələb qoymalıdır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağla bağlı bütün variantlarda Azərbaycana dəstək verəcəklərini qeyd etdi. Azərbaycan prosesdə tək deyil və artıq hərəkətə keçməyin vaxtıdır.
Bir məqamı qeyd edim ki, Rusiya payızda Ermənistana kiçik həcmdə silah partiyası göndərəcək. Bura zenit raket kompleksləri və zirehli texnikalar daxildir. İrəvan bu silahları Qarabağda yerləşdirəcək. Sülh imkanları tükənir. Ermənistan münaqişənin həllində maraqlı görünmür. Mütləq şəkildə hərbi təzyiqlər işə salınmalıdır. Ordumuza güvənirik və ərazilərimizi işğaldan azad edəcəyinə tam əminik. Ölkə başçısının bu istiqamətdə siyasətini dəstəkləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm