Sülhəddin Əkbərin partiyası dövlət qeydiyyatına alındı
15:18 16.04.2020
Siyasət
763
Ədliyyə Nazirliyində qeydiyyata alınmış partiyaların sədrləri ilə görüş olub
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarından olan çoxpartiyalılığın formalaşması və inkişafı istiqamətində mühüm addımlar atılıb.
Ötən dövrdə bu sahədə fəaliyyəti tənzimləyən qanunvericiliyə əsasən müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 55 siyasi partiya dövlət qeydiyyatına alınıb.
Bu gün respublikamızda müxtəlif siyasi partiyalar qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaqla ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə, o cümlədən siyasi sistemin inkişafı yolunda genişmiqyaslı məqsədyönlü islahatlar həyata keçirilir.
Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı dövlət başçısının irəli sürdüyü partiyalararası geniş dialoqun aparılmasının vacibliyi ilə bağlı tövsiyəsi, artıq Prezident Administrasiyasında partiya rəhbərləri ilə müzakirələrin keçirilməsi, müxtəlif partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunması ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsinə xidmət edir.
Ölkə başçısı xüsusi vurğulamışdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olmalıdır, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə Nazirlikdə Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.
Bununla bağlı, aprelin 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə edib və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yayda isti çay içməyin faydaları
04:30 02.08.2026
Sağlamlıq
Alman həkimlərindən YÜKSƏK TƏZYİQİ salmaq üçün ən sadə üsul
03:28 02.08.2026
Sağlamlıq
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə