“Sülhməramlıların fəaliyyəti Azərbaycanla koordinasiya edilməlidir” - Münasibət
Fidan Həmişəyeva
16:39 16.11.2020
Siyasət
731
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələləri müzakirə ediblər. XİN başçıları həmçinin humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə“Sherg.az”a bildirib ki, Azərbaycan və Rusiya XİN rəhbərlərinin telefon danışığı ilə Qarabağ məsləsində mövcud vəziyyət və qarşıda duran digər məsələlər müzakirə edilib:
“Hazırda Rusiya sülhmərəmlı qüvvələri Qarabağda yerləşib və burada onların fəaliyyəti mütləq şəkildə Azərbaycanla koordinasiya edilməlidir.
Həmçinin biz bilirik ki, Qarabağda yerli silahlı dəstələr var . Onların ləğv edilməsi də əsas müzakirə predmetidir.
Çünki Azərbaycan bəyannəmədən irəli gələn bütün müddəların yerinə yetirilməsində maraqlıdır”.
Analitikin sözlərinə görə, ermənilərin üç rayondan çıxarılması hazırda Rusiyanın apardığı işlərdən aslıdır:
“Rəsmi Bakı prosesin uzadılmaması və ayın sonuna kimi göstərilmiş qarfikə uyğun olaraq həyata keçirilməsini müzakirə edir. Ona görə də bu kimi telefon danışıqları tərəflərin uzlaşması və ortaya çıxan böhranların həll edilməsində mühüm rol oynayır. Hesab edirəm ki, Rusiya və Azərbaycan XİN rəhbərlərinin telefon danışıqları əsasən bu aspektdə olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou