
Suriya ilə normal dostluq münasibətlərini zirvəyə daşımaq prioritet olmalıdır -POLITOLOQ
12:23 15.04.2025
Siyasət
443
Natiq Miri: Üfiqdə Türkiyə, Suriya, Azərbaycan olmaqla yeni üçlük formatı yaradılır
14 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani arasında telefon danışığı aparılıb.
Bu barədə XİN-dən məlumat verilib.
Telefon danışığı zamanı Azərbaycan-Suriya əlaqələri, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Nazirlər telefon danışığı zamanı Suriyada Əsəd rejiminin dağılmasından sonra Azərbaycanla-Suriya arasında geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildiriblər.
Uzun fasilədən sonra ölkəmizin Suriyada səfirliyinin işinin bərpasına göstərilən dəstəyə görə təşəkkür ifadə olunub. Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərə toxunarkən, ölkəmizin Suriyanın bərpa prosesində iştirak niyyətinin, habelə Suriyaya göstərilən humanitar yardımın əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycan-Türkiyə-Suriya əməkdaşlıq formatının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Suriya Yaxın Şərqin qapısı sayılır:

“Ona görə regionda güclü olmaq, Suriya ilə dostluq münasibətlərini zirvəyə daşımaq prioritet olmalıdır. Məlum olduğu kimi üfiqdə Türkiyə, Suriya, Azərbaycan olmaqla yeni üçlük formatı yaradılır. Həmin üçlük formatı hansısa dövlətə qarşı çevrilməyib. Azərbaycanın bu formatda yer alması müəyyən mənada regionda narahat olan qüvvələrin sakitləşməsinə yol açır. İsrailin Suriyada mövcud olan Türkiyə ilə toqquşma qorxusu ilə bağlı narahatlığı var. Azərbaycanın Suriyada varlığı və sözügedən üçlük formatının mövcudluğu İsrail dövlətinə müəyyən təminatdır ki, onlar İsrailə qarşı yönəlməyib. Bu baxımdan Suriya ilə münasibətlərin tənzimlənməsi qardaş Türkiyənin mövqeylərini gücləndirdiyi kimi Azərbaycanın da geosiyasi əhəmiyyətini artırır. Azərbaycanın Suriyanın dirçəlməsi üçün bir çox faydalı sahələri var. Buraya enerji daşıyıcıları, neft-qaz mənbələri, yaşıl enerjinin əldə olunmasıyla bağlı Azərbaycanın Suriyaya verə biləcəyi yardım və töhfələr mövcuddur. Suriya tərəfindən türk dövlətləriylə münasibətlərin onlara təhlükəsizliyinə təminat verəcək amil kimi dəyərləndirilməsi müsbət hadisədir. Bu münasibətləri təkcə sözdə deyil, eyni zamanda əməli fəaliyyətdə həyata keçirmək lazımdır. Ona görə də münasibətləri tənzimləmək və qarşılıqlı səfərləri intensivləşdirmək vacibdir”.
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə