
Şvabenin cəhdləri mənasızdır: Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Yusif Nəzərli
23:29 29.01.2025
Siyasət
396
Azərbaycana qarşı müəyyən böhtanlar AŞPA tribunasından yenə səsləndiriləcək, təzyiqlər davam edəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası komitə iclasları ilə öz işinə başlayıb. Qış sessiyasının plenar iclasında qurumun prezidenti, vitse-prezidentlər və komitənin üzvləri təyin edilib. Sessiyanın ilk plenar iclasında vəkil peşəsinin müdafiəsi haqqında Konvensiya layihəsinə rəy, Belarusda azad və ədalətli seçkilərin təşkilinin aktuallığı, Avropanın Ukraynada ədalətli və davamlı sülhə sadiqliyi kimi məsələlər müzakirə olunub. Bir sıra deputatların hesabatı dinlənilib. Yanvarın 31-dək davam edəcək sessiya çərçivəsində bir sıra digər çıxışlar və tədbirlər nəzərdə tutulub. Xatırladaq ki, Azərbaycan ötən ilin yanvar ayında AŞPA-da səs hüququndan məhrum edilib. Azərbaycanın Avropa Şurasında səs hüququndan məhrum edilməsinin əsas təşəbbüskarı, almaniyalı deputat, qartı ermənipərəst Frank Şvabedir. Ötən il yanvar ayında Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti 12 aylıq müddətə dondurulmuşdu. Bu müddət sona çatıb. Lakin Azərbaycana qarşı yeni qərarların qəbul olunacağı və yeni məhdudiyyətlərin tətbiq ediləcəyi gözlənilir. Çünki Frank Şvabe yanvar sessiyasında Bakıya qarşı sərt siyasətin davam etdirilməsinə çağırış edib. Şvabe davamlı olaraq Azərbaycanı AŞPA-dan uzaqlaşdırılacağı ilə təhdid edir.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Azərbaycanın bütün ərazisində suverenliyin təmin olunması Avropadakı bəzi dairələrin xoşuna gəlməyib. Ekspertin sözlərinə görə, ölkəmizi hədəf alanlar Azərbaycanı "etnik təmizləmə"də, hətta "soyqırımı" törətməkdə günahlandırdılar:

"Dövlətimizə, xalqımıza hər cür böhtan atıldı. Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəaliyyətinin dayandırılması ilk növbədə bu amillə bağlı idi. Məqsəd Azərbaycana təzyiq göstərib güzəştlərə, Azərbaycan ərazisində separatizm yuvasını saxlamağa nail olmaq idi. Bakı öz mövqeyindən bir addım da olsun geri çəkilməyib. Bütün dünyaya, o cümlədən Avropa Şurasındakı müəyyən dairələrə göstərdik ki, dövlətimizin suverenliyi bizim üçün hər şeydən vacibdir. Heç bir təzyiq bizi bu yoldan dönməyə məcbur edə bilməz. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı bu cür ədalətsiz addımlar bundan sonra da davam edəcək. Yəqin ki, müddət bir il də uzadılacaq, Azərbaycana qarşı müəyyən böhtanlar AŞPA tribunasından səsləndiriləcək, təzyiqlər davam edəcək. Ancaq hamısı mənasız cəhdlərdir. Azərbaycan dövləti də, xalq da öz mövqeyindən imtina etməyəcək. Əlbəttə, ermənilərin geri qayıtması fərdi qaydada mümkündür, ancaq kollektiv geri dönüşdən söhbət gedə bilməz. Eyni proses indiki Ermənistan ərazisindən, dədə-baba torpaqlarımızdan zorla qovulmuş və hazırda ora qayıtmaq istəyən azərbaycanlılara da tətbiq olunmalıdır. Ermənilərin Qarabağa qayıdışı ilə paralel olaraq azərbaycanlıların Ermənistan ərazisinə qayıtması reallaşmalıdır. Əgər bu tələb qəbul edilməsə, təbii ki, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək".
Siyasi şərhçi növbəti manipulyasiyalara, təzyiq kampaniyalarına da əsla boyun əyməyəcəyimizi vurğuladı:
"Qərb dərk etməlidir ki, Azərbaycana təzyiqlər mənasızdır. Azərbaycanın ədalətli mövqeyi mütləq qəbul olunmalıdır. Yalnız ədalətli yanaşma müəyyən addımların atılmasına gətirib çıxara bilər. Əks halda Avropa Şurasının Parlament Assambleyası, Frank Şvabe kimi ünsürlər qarayaxma və təzyiq kampaniyası ilə istədikləri heç nəyə nail ola bilməyəcəklər".
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir
07:51 24.08.2026
Dünya
Tramp amerikalıları bahalaşma ilə bağlı xəbərdar edib
03:50 24.08.2026
Son dəqiqə
“Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb
01:48 24.08.2026
Futbol
Prezidentlər mətbuata bəyanatla çıxış etdilər
01:25 24.08.2026
Rəsmi
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi