
Tacikistan, Qırğızıstan və Özbəkistanın sərhəd sazişi - Sabitlik yolunda əhəmiyyətli addım - TƏHLİL
Yusif Nəzərli
17:03 31.03.2025
Siyasət
803
Orta Asiya müxtəlif mədəniyyətlərin və xalqların bir arada yaşadığı, strateji baxımdan mühüm bir bölgədir. Bu region zəngin tarixi, coğrafiyası və iqtisadi potensialı ilə dünya siyasətində əhəmiyyətli yer tutur.Özbəkistan, Qırğızıstan və Tacikistan kimi dövlətlər müstəqil olduqdan sonra öz inkişaf yollarını müəyyən etməyə çalışsalar da, müxtəlif siyasi, iqtisadi və sosial məsələlər onları birgə əməkdaşlığa və müzakirələrə çağırır. Bu ölkələr arasındakı münasibətlərin inkişafı və qarşılıqlı anlaşma həm regionda, həm də qlobal miqyasda sabitliyin qorunması üçün əsas rol oynaya bilər.
Martın 31-də Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri üç respublikanın dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında saziş imzalayıblar.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Sherg.az-a açıqlama verib:

"Özbəkistan, Qırğızıstan və Tacikistan Respublikaları orta Asiya ölkələri olaraq, əvvəlki SSRİ-də bir dövlət və bir bayraq altında təmsil olunurdular. SSRİ dağılandan sonra hər bir respublika öz müstəqilliyini bəyan etdi. Bu respublikalar arasında müəyyən problemlər mövcud idi. Çünki sərhədlərin müəyyən edilməsi və dəqiqləşdirilməsi prosesində çətinliklər yaranmışdı. Ümumiyyətlə, Orta Asiya respublikaları həm iqtisadi, həm də siyasi baxımdan mürəkkəb coğrafiyaya malikdirlər. Xüsusilə, Tacikistanın Əfqanıstanla sərhədinin olması və onunla yaşadığı problemlər bu regionu daha da mürəkkəbləşdirir".
Politoloq Orta Asiya respublikalarının başda ABŞ olmaqla, Qərbin maraq dairəsində olduğunu söyləyib:
"Bu respublikalar arasında ortaq bir həll yolu tapılması, sabitliyin təmin edilməsi və gərginliyin azaldılması üçün mütləq şəkildə dövlət başçıları bir araya gələrək fikir mübadiləsi aparmalı və ortaq qərar qəbul etməlidirlər. Əgər bu respublikalar arasında gərginlik davam edərsə, xarici qüvvələr bu gərginliyi daha da qızışdıraraq öz maraqları üçün istifadə edə bilərlər. Buna görə də, dövlət başçılarının bir araya gələrək ortaq sənəd imzalaması və sərhədlərin müəyyən edilməsi prosesində yaranan gərginlikləri aradan qaldırması vacibdir. Bu, həm də Orta Asiya regionunda stabilliyin təmin olunmasına kömək edər. Bununla yanaşı, bu respublikalar Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində də əməkdaşlıq edirlər. Eyni zamanda, Orta Asiya respublikaları Türk Dövlətləri Təşkilatının da maraq dairəsindədir. Bu səbəbdən, bu respublikalar arasında ortaq stabillik yaradılarsa, müxtəlif platformalarda daha uğurlu əməkdaşlıq mümkündür".
Ekspert Türk Dövlətləri Təşkilatının fonunda da bu dövlətlərin əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
"Orta Asiya respublikaları Turan İttifaqının yaranması üçün vacib bölgələrdən biridir. Beləliklə, Orta Asiya respublikaları arasında problemlərin həlli ümumi maraqlara xidmət edər və regionda stabilliyin bərqərar olunmasına səbəb olar. Bu tədbirin keçirilməsi, Orta Asiya regionunda stabilliyin təmin olunmasına və əməkdaşlığın daha da güclənməsinə gətirib çıxara bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya