Tarixi zaman yetişib
Turan
08:12 11.11.2020
Siyasət
890
Naxçıvana Mehri vasitəsi ilə dəhlizin açılması olduqca çox vacib amillərdən biridir
Noyabrın 10-da Azərbaycan-Rusiya və Ermənistan tərəfinin imzaladığı bəyannamədə Azərbaycanın diktə etdiyi bütün tələblər nəzərə alınıb. Sənədin 9-cu maddəsinə əsasən, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsi yaranacaq. Bu, Azərbaycan-Naxçıvan dəhlizi adlanacaq və dəhlizlə hərəkətinin təhlükəsizliyinə Rusiya sərhədçiləri təminat verəcək. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Naxçıvanla bağlı bənd məhz Prezident İlham Əliyevin təkidindən sonra bəyanata salınıb. Çünki birbaşa Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Naxçıvanla Azərbaycan arasında quru yolun təşkili bölgənin uzunmüddətli blokadasını da sonlandıracaq.
Hələ 90-cı illərdən zaman-zaman danışıqlarda Mehri dəhlizi mövzusu gündəmə gəlsə də, ümumi Qarabağ problemi kimi bu məsələ də həllini tapa bilməmişdi. Bütün kommunikasiya xətləri kəsilmiş, Naxçıvan çox ağır vəziyyətdə qalmışdı. Amma artıq situasiya tamam fərqlidir. Yeni şəraitdə yeni şərtləri də qalib tərəf - rəsmi Bakı diktə edəcək. İctimaiyyət nümayəndələrinin sözlərinə görə, bu məsələnin bəyanata daxil edilməsi və Ermənistan rəhbərliyinin imza atmağa məcbur buraxılması böyük siyasi qələbədir.
Vurğulanan məqamı “Şərq”ə dəyərləndirən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov vurğulayıb ki, Naxçıvana Mehri vasitəsi ilə dəhlizin açılması olduqca çox vacib amillərdən biridir. Anatilik vurğulayıb ki, Azərbaycan tərəfi 1990-cı ildən bu yana bütün danışıq variantlarında Naxçıvana quru yolunun açılmasına xüsusi əhəmiyyət verib:
“Artıq bunu reallaşdırmağın tarixi zamanı yetişib. Azərbaycanla Naxçıvan MR arasında nəqliyyat dəhlizinin açılması bölgənin hərtərəfli inkişafı və təhlükəsizliyinin təmin olunması baxımından çox mühümdür. Bu dəhliz eyni zamanda qardaş Türkiyəni Asiya məkanı ilə birləşdirəcək əhəmiyyətə malikdir.
Mehri vasitəsi ilə əldə edəcəyimiz dəhliz Naxçıvanın iqtisadi blokadan qurtulması ilə yanaşı, gediş-gəlişi də xeyli asanlaşdıracaq. Bundan sonra Azərbaycandan Naxçıvana, yaxud əksinə, səfər edənlər qonşu ölkənin ərazisindən istifadə etmək məcburiyyətində qalmayacaqlar.
Birbaşa cənab Prezidentimizin səyi ilə sənədə salınmış bu müddəa xalqımızın 30 ildir gözlədiyi çox mühüm yenilikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou