TDT daxilində inteqrasiya nə qədər sıx olsa, bir o qədər faydalıdır -ŞƏRH
09:17 09.09.2025
Siyasət
337
Azər Həsrət: TDT-yə üzv ölkələr daha şaxəli və geniş fəaliyyətə keçməlidirlər
Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçılarının və onların müavinlərinin ilk toplantısı keçiriləcək.
Toplantı 18 sentyabr tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək.
TDT-nin bu kimi görüşləri üzv ölkələr arasında həm siyasi, həm də iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hökumət başçılarının bir araya gəlməsi qəbul edilən qərarların operativ icrasını təmin etməklə yanaşı, praktiki əməkdaşlıq mexanizmlərinin qurulmasına şərait yaradır. Eyni zamanda belə görüşlər Türk dövlətlərinin ortaq maraqlarını müdafiə etmək, beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı gücləndirmək və qlobal miqyasda təşkilatın nüfuzunu artırmaq üçün yeni imkanlar açır. Bu, həm də Türk dünyasının vahid mövqeyini nümayiş etdirmək, mədəni-humanitar inteqrasiyanı dərinləşdirmək və gələcək nəsillər üçün strateji tərəfdaşlığın möhkəm əsaslarını formalaşdırmaq baxımından əhəmiyyətlidir.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, TDT-nin müxtəlif istiqamətlər üzrə tədbirlərinin artırılması vacibdir:
"Çünki inteqrasiya prosesi artıq kifayət qədər yubadılıb. Əslində, 30 ildən çoxdur ki, biz bir araya gəlmişik, ilkin təməllər atılıb. 2009-cu il oktyabrın 3-də Naxçıvanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – Türk Konseyi yaradıldı. Sonrakı mərhələdə isə onun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı oldu. Lakin bütün bunlar qurumun tam gücü ilə fəaliyyət göstərdiyini deməyə əsas vermir. Azərbaycan daha intensiv əməkdaşlıq üçün meydança təqdim edir və həm Türkiyə, həm də ölkəmiz geniş fəallıq göstərir. Son vaxtlar digər türk dövlətlərinin də aktivləşməsi müşahidə olunur, amma bu, hələ də kifayət deyil.
TDT-yə üzv ölkələr daha şaxəli və geniş fəaliyyətə keçməlidirlər. Hökumət başçılarının, nazirlərin, müxtəlif sahələri təmsil edən şəxslərin toplantıları təşkil olunur. Lakin bunlar daha sistemli və davamlı xarakter almalıdır. Məsələn, uzun illərdir təklif edilir ki, niyə təşkilat çərçivəsində ortaq futbol yarışı keçirilməsin? Hər ölkənin çempionlarının və ya ilk üçlüyündə olan komandalarının iştirak edəcəyi belə bir çempionat mütəmadi şəkildə təşkil oluna bilər. İdman sahəsində inteqrasiya, xüsusilə futbolda, çox səmərəli və faydalı olar. Çünki futbola maraq böyükdür, digər idman növlərində də eyni təşəbbüslər həyata keçirilə bilər. Bu cür layihələr ölkələri daha tez yaxınlaşdırar".
Analitikin fikrincə, TDT daxilində inteqrasiya nə qədər sıx olsa, bir o qədər faydalıdır:
"Çox vaxt hansısa türk dövlətində müəyyən proseslər baş verir, amma digər ölkələr, yaxud da təşkilatın özü susur. Halbuki biz məhz ortaq mənafelərimizi müdafiə və təmsil etmək üçün birləşmişik. Lakin bəzən susqunluq nümayiş etdiririk. Bu isə istənilən səmərəliliyi ortaya qoymur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Armine Marqaryanın fikirləri reallığı əks etdirir - Fazil Mustafa
19:07 30.06.2026
Gündəm
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı
Peruda ilk dəfə qadın prezident seçildi
15:24 30.06.2026
Ekologiya
Yeni peşə təhsili ixtisasları yaradılıb
15:11 30.06.2026
Elm və Təhsil
Daha 6 itkin-şəhid dəfn olunacaq
15:04 30.06.2026
Hərbi