TDT güclü bir alyansa çevriləcək - Professor
Yusif Nəzərli
05:46 27.12.2024
Siyasət
505
Türk dövlətlərinin ümumi xəritələrinin hazırlanması çox önəmlidir
Artıq "Orta Asiya" sözündən imtina edilib, onun əvəzinə "Türküstan" ifadəsi işlədilməyə başlanıldı
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə xəritəsi yaradılır. Bununla bağlı bəyannamə imzalanıb. Türkiyə Müdafiə Nazirliyinin Xəritəçəkmə İdarəsinin rəisi, general-mayor Osman Alp məlumat verib ki, xəritədə yaşayış məntəqələrinin adları, inzibati quruluşu, əhali bölgüsü, miqrasiyalar, mədəni sərvətlər, adət və ənənələr, danışılan ləhcələr, hansı bölgədə hansı xörəklərin hazırlandığı kimi tematik məlumatlar yerləşdiriləcək.
General diqqətə çatdırıb ki, məqsəd həm coğrafi, həm də mədəni xəritə yaratmaqdır: “Birinci mərhələdə topoqrafiya, hidroqrafiya, bitki örtüyü və yaşayış məntəqələri kimi əsas məlumatları özündə əks etdirən əsas xəritə tez bir zamanda hazırlanacaq. Xəritələr türk dövlətlərini Türk Birliyi adını bir araya gətirəcək mühüm simvol olacaq”.
Qeyd edək ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptəkin Cahangir İşbilir də paylaşım edib.
Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı "Sherg.az"a bildirib ki, Türk Dövlətləri Təşkilatı ona üzv olan ölkələr üçün sadəcə siyasi-iqtisadi və hərbi birlik deyil. Professorun sözlərinə görə, TDT həm də Türk dünyasının coğrafi məkan olaraq birliyidir:
"Türk Dövlətləri Təşkilatının üzvlərinin bəziləri məsafə baxımından fərqli yerlərdə olsa da, əsas olan coğrafi baxımdan birlikdir. Bu coğrafiyada yaşayan insanların birliyini təmin etmək üçün onların tarixini, mədəniyyətini, ləhcələrini, məişətini, ümumən hər şeyini ümumi məxrəcə gətirmək lazımdır. Bununla da, TDT güclü bir alyansa çevriləcək. Bu mənada ümumi xəritələrin də hazırlanması çox önəmlidir. Artıq "Orta Asiya" sözündən imtina edilib, onun əvəzinə "Türküstan" ifadəsi işlədilməyə başlanıldı. Bu, təsadüfi verilmiş qərar deyil. Türk dünyasının daha sıx inteqrasiyası üçün və əlaqələrin genişlənməsi üçün bu cür addımlar, qərarlar olduqca önəmlidir. İlk növbədə coğrafi məkanın müəyyənləşməsi, xəritələrin hazırlanması reallaşmalıdır ki, sərhədlər bəlli olsun. Bundan sonra TDT sərhədlərindən kənarda yaşayan türk xalqlarının da bu birliyə inteqrasiyası gələcəkdə təmin edilsin".
Alimin fikrincə, bunu kimlərsə "militarist yanaşma" kimi görə bilərlər, amma əslində, elə deyil:
"Birliyin möhkəm və əbədi olması üçün bəzi zəruri tədbirlər görülməlidir. Həm də Türk Dövlətləri Təşkilatı türk birliyi anlamına gəlmir. Çünki türk birliyini təmin etmək üçün bütün corğafiyalarda özünə türk deyən, dili türkcə olan xalqları da TDT-yə cəlb etmək lazımdır. Şimali Kipr Türk Cümhuriyyəti, Suriya və İraqdakı türkmənlər, Moldovada yaşayan qaqauzlar, Estoniyada karaimlər hazırda bizim coğrafiyamızdan kənardadır. Hazırlanan xəritələrdə bu məqamlar da nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi