
Təhlükəli addımlar: Ermənistan KTMT dən AYRILIR?
11:07 20.11.2023
Siyasət
648
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ona yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.
Bunu noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.
Qeyd olunub ki, Belarus KTMT Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib.
Baş katib əlavə edib ki, 2 tədbirin icrası mümkün olmayıb: “Bunlardan biri KTMT Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa, işin sonunda bu məsələni ümumiyyətlə gündəlikdən çıxarmağı xahiş edib”.
İrəvan hakimiyyətinin KTMT ilə bağlı atdığı addımları “Sherg.az”a şərh edən politoloq Turan Rzayev bildirib ki, Ermənistanın KTMT-dən çıxmaqla bağlı niyyəti hər kəsə məlumdur:
“Rəsmi İrəvan Qərbə inteqrasiya prosesi çərçivəsində Rusiya və ona bağlı təşkilatlarıla olan əlaqələrini tamamilə kəsmək istəyir. Bunu da KTMT üzərindən daha çox birüzə verir. Ermənistanın başlıca arqumenti KTMT-nin 44 günlük müharibə dövründə onlara heç bir yardım göstərməməsidir. Lakin KTMT-ni bu mövzuda günahlandırmaq olduqca absurd bir fikirdir. Çünki KTMT-nin yardım üzrə qərarının dördüncü bəndinə baxdıqda aydın olur ki, Ermənistan ərazisinə hansısa ölkə hücum edərsə, o zaman yardım göstəriləcəkdi. Amma Azərbaycan 44 günlük Vətən Müharibəsində yalnız öz ərazisində döyüşürdü. Ermənistan ərazilərinə nə zərbə endirilmədi nədə hərbi əməliyyatlar təşkil olunmadı. Belə olan təqdirdə KTMT-nin yardım etməsidə qeyri-mümkün idi”.

T.Rzayev Paşinyanın KTMT-dən uzaqlaşması onun Qərbyönümlü siyasətinin davamı olduğunu vurğulayıb:
“O, bütövlükdə Rusiya ilə əlaqələrini qoparmaq və Avropayla yaxınlaşmaq istəyir. Amma bu onlar üçün çox ciddi və təhlükəli bir prosesdir. Bu gedişatın yekununda Paşinyan öz kürsüsünü itirədə bilər. Doğrudur, Rusiya məsələyə tam səssiz qalmır. Amma kritik mərhələyə qədəm qoyacağı təqdirdə Kremilin qanunsuz şəkildə olsa belə İrəvan hakimiyyətinə müdaxilə imkanları mövcuddur. Rusiya Ukraynada etdiklərini Ermənistanda da çox rahatlıqla edə bilər. Paşinyan məsələnin bu mərhələsini düşünmədən addımlar atır. Rusiya düşünülməyən ehtimalları həyata keçirə bilən bir ölkədir. Düşünürəm ki, Rusiya Ermənistanı itirməkdənsə, beynəlxalq nüfuzunu itirməyi daha üstün sayar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial