"İkincisi, İran Azərbaycanı vura bilməz. Bu mümkün deyil. Çünki artıq onun qarşısında 90-cı illərdəki Azərbaycan yoxdur. Hazırda Azərbaycanın qalib ordusu, müasir texnikası və böyük müttəfiqləri var. Türkiyə, Pakistan, Rusiya və İsrail Azərbaycanla hərbi müttəfiqdirlər. Azərbaycanı təhdid etmək İranın zərərinə işləyən bir addımdır. İranda 40 milyon azərbaycanlı yaşayır və onların 5 milyonu ayağa qalxsa, molla rejimi qalmaz".
Tehran-Bakı əlaqələrinə zərbə: İran hücum edərsə... - ŞƏRH
16:48 05.11.2025
Siyasət
87
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən Azərbaycanı və başqa bir neçə qonşu ölkəni təhdid edib.
Bu barədə SEPAH-ın sosial media hesabında paylaşım edilib.
Paylaşılan videoda yeni balistik raketlər nümayiş etdirilib, Azərbaycan Respublikası, İraqın şimalı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əraziləri qırmızı rəngdə, hədəf kimi göstərilib:
“Hər şey hədəfimizdədir, ən kiçik bir səhvə yol verdiyiniz təqdirdə məhv ediləcəksiniz”, - paylaşımda yazılıb.
Məsələni “Sherg.az”a şərh edən politoloq Ramiz Alıyev bildirib ki, İranın xüsusi xidmət orqanının belə bir bəyanat verməsi Tehranın nüfuzuna zərər vura bilər:
"İkincisi, İran Azərbaycanı vura bilməz. Bu mümkün deyil. Çünki artıq onun qarşısında 90-cı illərdəki Azərbaycan yoxdur. Hazırda Azərbaycanın qalib ordusu, müasir texnikası və böyük müttəfiqləri var. Türkiyə, Pakistan, Rusiya və İsrail Azərbaycanla hərbi müttəfiqdirlər. Azərbaycanı təhdid etmək İranın zərərinə işləyən bir addımdır. İranda 40 milyon azərbaycanlı yaşayır və onların 5 milyonu ayağa qalxsa, molla rejimi qalmaz".Analitik əlavə edib ki, bu sərsəm bəyanatdan başqa bir şey deyil:
"İndiki şəraitdə İran çalışır ki, Azərbaycanın Tehrandakı səfirliyi yenidən fəaliyyətə başlasın. Çünki onların məsuliyyətsizliyinə görə Azərbaycan səfirliyi hücuma məruz qalıb. Bu kontekstdə də İran rəhbərliyi Azərbaycandan səfirliyini yenidən açmağı xahiş edir. Digər tərəfdən iki ölkə arasında nəqliyyat yollarının açılması barəsində sənədlər də imzalanıb. Tehran rejimi Bakı ilə münasibətlərin bərpasına can atır. Belə bir məqamda isə SEPAH tərəfindən təhdidlərin edilməsi İran-Azərbaycan əlaqəsinə zərbə vura bilər. Ümumiyyətlə, Azərbaycana hücum İranın məhvi deməkdir. Yəni :Azərbaycanı məhv edəcəm" demək asan olsa da, bunun arxasında durmaq çox çətindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol