
Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" -RƏY
Yusif Nəzərli
05:01 07.01.2025
Siyasət
543
İrana ciddi təsir etmək gücündə olan ölkə Rusiyadır və onun da başı müharibəyə qarışıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Zəngəzur dəhlizi barədə açıqlama verib. XİN rəsmisi Zəngəzur dəhlizi ilə bağlı danışıqlar üçün tezliklə İran nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyini deyib. Diplomat bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir: "İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq". Bəqayi əlavə edib ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək: "Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq".
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Tehran hökuməti Zəngəzur dəhlizinin açılmasının əleyhinədir və bu mövqe bəzi nazirlər və deputatlar tərəfindən açıq şəkildə dilə gətirilib. Ancaq o da aydındır ki, bu dəhlizin açılmasına İranın mane olması mümkünsüzdür:

"Bu səbəbdən digər rəsmilər bəyan edirlər ki, İran Zəngəzur dəhlizinin açılmasını istəyir və bu dəhlizin açılmasının sülhə, əməkdaşlığa xidmət etdiyini düşünür. Son olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun bu məsələ ilə bağlı çox kəskin bəyanatı olmuşdu. Qəti şəkildə bildirilmişdi ki, Zəngəzur dəhlizinin İranın istəyinin əleyhinə olaraq açılması Tehran tərəfindən qəbul olunmayacaq. Hərbi diplomatik vasitələrdən istifadə edərək İran bu açılışın qarşısını alacaq. Üstəlik, bu bəyanat həm Rusiya, həm Türkiyə, həm də Azərbaycana ünvanlanmışdı. İndiki vəziyyətdə Türkiyə ilə aparılan danışıqlar nəyisə dəyişə bilərmi? Türkiyənin İrana təzyiq imkanları o qədər də çox deyil. Daha çox Rusiya maraqlıdır ki, Zəngəzur dəhlizi açılsın və orada rus sərhədçiləri yola nəzarət etsinlər. Bu səbəbdən Rusiya daha çox İranla işləməlidir ki, Tehranı yola gətirsin. Türkiyə ilə müqayisədə Rusiya İrana daha çox yaxındır, iki ölkə strateji tərəfdaşlıq haqqında müqavilə imzalamağa hazırlaşır".
A.Səmədov əlavə edib ki, əgər dəhlizin açılmasının qarşısını almaq mümkün deyilsə, ən azından yola Ermənistanın nəzarət etməsinə nail olmağa çalışırlar:
"Bu, İranın "qırmızı xətti"dir. Tehran ondan imtina etmək fikrində deyil. Rusiya buna nail olmaq üçün İranla danışıqlar aparmalıdır. Amma Türkiyə ilə İran arasındakı danışıqların ciddi nəticə verəcəyini düşünmürəm. Problem odur ki, hazırda Rusiyanın başı Ukraynaya qarışıb. Rusiya müharibədən sonra aktiv şəkildə bu prosesə qoşula bilər. Siyasi-iqtisadi nüansları nəzərə alsaq, İrana ciddi təsir etmək gücündə olan ölkə Rusiyadır və onun da başı müharibəyə qarışıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya