
Tehranın rolu bitdi, gərginlik səhnələşdirilir - ANALİZ
13:06 23.05.2025
Siyasət
551
İran Yaxın Şərqdə istifadə olundu və kənara atıldı
İran xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlar üçün İtaliyanın paytaxtı Romaya səfər edib. Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub ki, danışıqların məqsədi nüvə proqramı ilə bağlı razılaşma əldə etməkdir. Əgər İran nüvə silahlarından tamamilə imtina edirsə razılaşma mümkündür. Əgər ABŞ İranın uranı zənginləşdirməsini tam qadağan etmək istəyirsə razılaşma olmayacaq. Danışıqların nəticəsi bu iki şərtdən hansının qəbul ediləcəyindən asılı olacaq.

Siyasi şərhçi Tural İrfan Sherg.az-a vurğulayıb ki, İranla ABŞ arasında danışıqlar prosesi hələ davam edir:
“Əslində məsələ İranın Yaxın Şərqdə daha ABŞ-ının maraqlarına tam cavab verə bilməməsidir. Xüsusən Suriyada İranın rolunun bitməsi bu məsələni daha da kəskinləşdirdi. Məlum idi ki, vaxtilə Əfqanıstan, İraq, Suriya işğal olunanda İran ABŞ-nin maraqlarına uyğun əhəmiyyətli addımlar atmışdı, onlara şərait yaratmışdı. Bir növü İranı istifadə edib indi də tərk edirlər. İran isə iddia edir ki, guya nüvə silahı deyil, nüvə enerjisi hazırlayır. Təbii ki, ABŞ-ı üçün İranın cavabı əhəmiyyətli deyil. Çünki vaxtilə İraqa qarşı da bu cür ittihamlar irəli sürüldü və işğaldan sonra isə təsdiqini tapmadı. Əsas olan İranı sıxmaq və müsəlman şərqinə qarşı daha effektli isifadəyə nail olmaqdır.
Süni gərginlik görüntüsü yaratmaq əksinə İranın müsəlman aləmindəki rolunu gündəmdə saxlamaq üçündür. Ərəb ölkələrinin, müsəlman dövlətlərinin birləşə bilməməsində İranın rolu ABŞ və İsraildən, Avropadan heç də geri qalmır. Bu, Qərb üçün çox önəmlidir. Nüvə məsələsində ABŞ -ı əmin olmaq, qarantiya almaq istəyir ki, bu güc kimə qarşı istifadə ediləcək. Buna tam əmin olsa razılaşma baş tutacaq. Əgər İslam aləmini qarışdırmaq, təhdid altında saxlamaq, İsrailə dəstəvuz verib Fələstini tam tutmasına şərait yaradacaqsa təbii ki, İranın nüvə məsələsinə göz yumulacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm