“Tovuz təxribatı Türkiyəyə də təhdiddir” - ŞƏRH
Fidan Həmişəyeva
10:55 20.07.2020
Siyasət
866
“Ərdoğanın “Bu hücum Ermənistanın səviyyəsini aşan hadisədir” açıqlaması arxa planda başqa güclərin olduğuna işarədir”
“Ankarada bunu Türkiyəyə hücum kimi dəyənləndirirlər”
Türkiyənin müxtəlif televiziya kanallarında Tovuz istiqamətində döyüşlərlə bağlı müzakirələr günlərlə davam etdi. Türkiyənin tanınmış ekspertlərinin müzakirlərindən bir neçə qənaətə gəlmək mümkündür.
Türkiyəli ekspertlər hesab edirlər ki, son insident Rusiyanın planıdır. Rusiyanın Liviyadakı mövqeləri zəiflədiyindən və Türkiyə Liviyada gücləndiyindən Kreml bunun əvəzini Türkiyənin Qafqazdakı stareji müttəfiqi Azərbaycana Ermənistan üzərindən zərbə endirməklə çıxmağa çalışıb. Bu yolla Ankaraya xəbərdarlıq mesajı göndərib.
Türkiyəli ekspertlərin fikrincə, Azərbaycanı zəiflətmək Türkiyəni zəiflətmək deməkdir. Ona görə də Türkiyə necə ki, İraqda, Suriyada və Liviyada hərbi yolla öz maraqlarını müdafiə edir, Mehmetciyin Azərbaycana yardıma getməsi mümkün variantlardan biridir. Bu sırada Türkiyə ilə Azərbaycan arasında hərbi strateji əlaqələrin daha üst səviyyəyə qaldırılması gündəmə gətirilir.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, türkiyəli ekspertlərin qənaətinə görə, Fransa da Tovuzdakı insidentdə maraqlı olub. Çünki, Fransa Liviyada Türkiyəyə məğlub olub. Analitik qeyd edib ki, Fransa üçün Liviyanın itirilməsi illərdir sərvətlərini xortumladığı orta Afrika ölkələrinə çıxış imkanlarını məhdudlaşdırır:
“Ona görə də dünyada say etibarilə ermənilərin ikinci böyük lobbisi olan Fransa Qafqazda Türkiyənin maraqlarının zəiflədilməsinə çalışır.
Türkiyəli siyasi ekspertlər hesab edirlər ki, Tovuzun yaxınlığından keçən neft və qaz boru xətlərinə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yoluna ciddi təhlükə var. Bu isə birbaşa Türkiyənin təhdid edilməsi deməkdir.
Beləliklə, türkiyəli ekspertlər Tovuzdakı insidentə geniş aspketdən yanaşırlar. Elə Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın ermənilərin təxribatına “Bu hücum Ermənistanın səviyyəsini aşan hadisədir” açıqlaması da arxa planda başqa güclərin olduğuna işarədir.
Dağlıq Qarabağda 1990-cı illərin əvvəllərindəki müharibədən sonra Azərbaycanla Türkiyə arasındakı strateji əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Türkiyə 1990-cı illərdəki durumundan fərqli olaraq hazırda regional gücə çevrilib və Azərbaycana qarşı təxribatlara seyrçi qalmayacaq”.
Politoloq vurğulayıb ki, Ankarada Azərbaycanın təhlükəsizlik maraqları Türkiyənin təhlükəsizlik maraqları ilə eyni tutulur:
“Odur ki, xarici güclər Ermənistan üzərindən Azərbaycana hücumlar təşkil edirlərsə, Ankarada artıq bunu Türkiyəyə hücum kimi dəyənləndirirlər. Ona görə də Türkiyə necə ki, öz maraqlarını ətraf ölkələrdə qoruyur, eyni maraqlarını bir nömrəli strateji müttəfiqi saydığı Azərbaycanda da qorumağa hazırdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət