
Tramp Bakının istəklərini nəzərə alacaq - RƏY
Yusif Nəzərli
03:31 11.03.2025
Siyasət
492
Hətta erməni lobbisi də yəhudi icmasının təzyiqləri qarşısında geri çəkilməli olacaq
ABŞ yəhudi icmasının 50-dən çox ravvini Avraam razılaşmalarının genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət ediblər. Ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil edilməsini istəyirlər. Xatırladaq ki, Avraam razılaşmaları İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur. Müraciətdə həmçinin Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyi qeyd olunub. 1992-ci ildə Birləşmiş Ştatlar keçmiş Sovet respublikalarına iqtisadi dəstək vermək üçün qəbul edilən Azadlığa Dəstək Aktının 907-ci maddəsini qəbul edib. Dəyişiklik Azərbaycan hökumətinə yardım göstərilməsinə imkan vermir. 2001-ci ildə, 11 sentyabrdan sonra Buş administrasiyası Əfqanıstanda hərbi əməliyyatlar aparmaq üçün Azərbaycanla əməkdaşlığa ehtiyac duyduğu üçün bu düzəlişdən müvəqqəti imtina etmişdi. Bununla belə, 2023-cü ilin noyabrında Azərbaycan antiterror əməliyyatı nəticəsində Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra ABŞ düzəlişi bərpa edib. Qeyd edək ki, bir müddət əvvəl “The Jerusalem Post” nəşrində dərc olunan məqalədə Azərbaycanın “Avraam sazişi”nə daxil edilməsi və Azərbaycanın əleyhinə olan 907-ci düzəlişin ləğv ediləcəyi ilə bağlı məqamlara toxunulub. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə bu yaxınlarda baş tutan görüşünü regionun siyasətində “dönüş nöqtəsi” adlandıran nəşr qeyd edib ki, Netanyahunun ABŞ-nin dövlət katibi Marko Rubio ilə strateji dialoqundan cəmi 48 saat sonra baş tutan yüksək səviyyəli görüş Azərbaycanın potensial olaraq “Avraam Sazişi”nə daxil edilməsi üçün artan impulsdan xəbər verir. “The Jerusalem Post”a danışan yüksək vəzifəli israilli rəsmilərdən biri bildirib: “Azərbaycan son üç onillik ərzində müsəlman dünyasında İsrailin ən etibarlı tərəfdaşlarından biri olub. Onun regionun təhlükəsizlik arxitekturasındakı strateji əhəmiyyətini qiymətləndirməmək olmaz”.
Məlumat üçün bildirək ki, “Avraam Sazişi” ilkin olaraq İsrailin bəzi müsəlman və əksər ərəb ölkələri ilə münasibətlərinin normallaşdırılmasına yönəlib. Bu mənada Azərbaycan, İsrail və ABŞ arasındakı əlaqələrin xüsusilə “Avraam Sazişi”nin daha geniş kontekstində dərinləşdirilməsi bütün iştirakçılar üçün ciddi strateji, iqtisadi və texnoloji üstünlüklər verə bilər. Azərbaycanın unikal geosiyasi mövqeyini, güclü enerji ehtiyatlarını və İsraillə tarixi əməkdaşlığını nəzərə alsaq, belə bir alyans regionda qüvvələr balansını dəyişdirə və kollektiv təhlükəsizliyi, iqtisadi inteqrasiyanı gücləndirə bilər.
Mövzunu şərh edən siyasi ekspert Sona Əliyeva “Sherg.az”a bildirib ki, Birləşmiş Ştatlardakı yəhudi icmasının üç türk dövləti ilə bağlı Tramp administrasiyası qarşısında belə bir məsələ qaldırması yeni dünya düzənində türk dövlətlərinin siyasi-iqtisadi gücünün və geostrateji mövqeyinin nə dərəcədə önəmli olmasının göstəricisidir:

“Azərbaycan, Qazaxıstan və Özbəkistan "Bir kəmər, bir yol" meqa-layihəsinin əsas kilid nöqtələridir. Bu ölkələrlə əməkdaşlıq səviyyəsini gücləndirmədən həmin layihənin təhlükəsizliyi böyük təhdid altına düşə bilər. Bu addım həm də Rusiyanı Ön və Orta Asiyadan sıxışdırıb çıxarmağa hesablanıb. Yəhudi icmasının bu təklifi çox güman ki, əvvəlcə Kapitoliyada razılaşdırılıb və Birləşmiş Ştatların Yaxın Şərq və Asiya siyasətinin tərkib hissəsidir. Düşünürəm ki, yaxın dörd il ərzində Birləşmiş Ştatlar Azərbaycan və Türküstan regionu ilə əlaqədar böyük iqtisadi layihələrin bünövrəsini hazırlayacaq. ABŞ bunun üçün ilk növbədə bədnam 907-ci düzəlişi tamamilə ləğv etməlidir. Üstəlik, Azərbaycana mina təmizlənməsi işində müasir texnologiyaların verilməsi ilə bağlı konkret addımlar atmalıdır. Tramp iqtisadi təfəkkürlü siyasətçidir və Bakının istəklərini nəzərə alacaq. Hətta erməni lobbisi də yəhudi icmasının təzyiqləri qarşısında geri çəkilməli olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm