Trampın Cənubi Qafqaz və Azərbaycan siyasəti fərqli olacaq - ŞƏRH
Yusif Nəzərli
15:29 01.01.2025
Siyasət
467
“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik müraciətində bu il yanvarın sonlarından başlayaraq Azərbaycana qarşı diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacağına ümid etdiyini bildirib. Dövlət başçısı “yanvarın sonlarından başlayaraq” dedikdə böyük ehtimalla yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimini nəzərdə tutur”.
Sherg.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyev Co Bayden administrasiyasından fərqli olaraq Donald Tramp administrasiyasının Cənubi Qafqaz və Azərbaycan siyasətinin fərqli olacağı qənaətindədir:
“Bunu İlham Əliyevin Trampın Prezident seçilməsi münasibətilə onunla 25 noyabrdakı telefon söhbəti də sübut edir. Birincisi, İlham Əliyev telefon söhbətində Prezident Donald Trampın fəaliyyətinin dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacağını vurğulayıb. İkincisi, İlham Əliyev birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyərək, ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylərin göstəriləcəyinə ümidvarlığını bildirib. Öz növbəsində Donald Tramp ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini söyləyib”.
Politoloqun sözlərinə görə, bunlar isti mesajlardır:
“Önəmli olan Trampın dövlət katibi vəzifəsinə təyin edəcəyi Marko Rubionun və onun başçılıq edəcəyi Dövlət Departamentinin Azərbaycanla tərəfdaşlıq münasibətlərini gücləndirməyə çalışmasıdır. Rubio senator kimi ermənilərin mövqeyini müdafiə edib, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan əleyhinə fikirlər səsləndirib. Dövlət katibi vəzifəsi Amerikanın dövlət maraqlarını ön planda tutmağı diqtə edir. Azərbaycanla əməkdaşlıq Amerikanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Azərbaycan üçün də ABŞ-la münasibətləri inkişaf etdirmək vacibdir. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan təyyarəsinin vurulmasıyla bağlı İlham Əliyevin iki – kompensasiya və cinayətkarların müəyyənləşdirilməsi tələbini yerinə yetirməyə həvəsli deyil. Üstəgəl bu ildən başlayaraq Rusiyada miqrantlara qarşı siyasət sərtləşəcək, bunun qonşu ölkədə çalışan bir qrup azərbaycanlıya da mənfi təsiri olacaq. Belə vəziyyətdə Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməyə və ABŞ-la münasibətlərdə yeni səhifə açmağa ehtiyacı var”.
Oxşar xəbərlər
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Prezidentin köməkçisi: Azərbaycan və Özbəkistan arasında əbədi dostluğa dair Müqavilə imzalanacaq
15:22 23.08.2026
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual