Trampın əsas mesajı: "ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
Turan
09:16 16.05.2020
Siyasət
886
"ABŞ və Azərbaycan münasibətləri ümumi maraqlara söykənir".
Bu barədə "Sherg.az"a politoloq Şəbnəm Həsənova bildirib.
Ekspert deyib ki, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub iki ölkə arasında təhlükəsizlik, enerji, regional münaqişələrin dinc yolla həlli və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasını təsdiq edir:
"Məktubun birbaşa “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir" ifadəsi ilə başlaması ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstək mesajı kimi başa düşülməlidir. Çünki məktubun bu cür başlamasının siyasi çəkisi və əhəmiyyəti var. Bundan əlavə, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirən ABŞ dövlət başçısı bu istiqamətlər üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusilə qeyd edir. Bu faktlar da ABŞ-Azərbaycan münasibətlərinin ümumi maraqlara söykəndiyini deməyə əsas verir. ABŞ dünyanın supergücüdür və belə bir ölkə ilə münasibətlərin yüksək səviyyədə olması bilavasitə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dünyada etibarlı tərəfdaş kimi qəbul edildiyinin əyani sübutudur".
Siyasi şərhçiyə görə, ABŞ və Azərbaycanın yüksək münasibətlər çərçivəsində əməkdaşlıq etməsi gələcək münasibətlərin daha sıx bağlarla möhkəmlənməsi üçün geniş imkanlar yaradır:
"Məktubda, eyni zamanda Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində ABŞ-ın iştirakını davam etdirəcəyini vurğulayan Tramp, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlı olduğunu bildirib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol