"Trampın hakmiyyətdən əl çəkməsinə hesablanan siyasi proseslər gedir” - TƏHLİL
Turan
10:48 07.06.2020
Siyasət
1013
“ABŞ-da baş verən etiraz aksiyalarından müəyyən siyasi qüvvələr istifadə edir”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, baş verənlər prezident Donald Trampa qarşı bir prosesdir:
“Çin və Rusiyanın müəyyən qruplarla işləyib etirazları qızışdırdığı mümkündür. Ümumiyyətlə, afroamerikalıların çoxu ABŞ cəmiyyətində cinayət və kriminala meyilli olub. Onlara qarşı təhlükəsizlik işçilərinin zorakı üsullarla davranması daim davam edib və bundan sonra da davam edəcək. Etirazlar heç də polis zorakılığına qarşı deyil. Çünki ABŞ polisinin səlahiyyətləri genişdir və onlar şübhəli şəxsləri silahla zərərləşdirəndə heç kim onlara etiraz etmir. Məsələ ondadır ki, son aylarda Trampla dərin dövlət arasında ziddiyyətin dərinləşməsi, Federal Ehtiyatlar Bürosu ilə görünməyən savaş bu etirazların tətiklənməsinə və Trampa qarşı istifadə edilməsinə gətirib çıxarıb. Etirazlar ifrat dərəcədə, vandalizm şəklində keçirilməklə birbaşa iqtisadiyyatı və infrastrukturu hədəf alır. Trampın hakmiyyətdən əl çəkməsinə hesablanan siyasi proseslər gedir”.
Analitikə görə, ABŞ-ın fövqəldövlət kimi zəifləməsi və iqtisadiyyatın sarsılması Rusiya və Çin kimi aqressiv ölkələrin əl-qolunu aça bilər:
“Tramp etirazların qarşısını alacaq. Əgər, etirazlar sivil şəkildə keçirilsəydi, Trampın mövqeyi zəifləyə bilərdi. Baş verən zorakılıq halları Trampın qətiyyətli addım atmasına və zorakılığa son verməklə mövqeyini gücləndirməsinə gətirə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm