Tural Abbaslı: Məqsədimiz bələdiyyə seçkilərində qalib gəlmək deyil
12:24 03.12.2024
Siyasət
536
Azərbaycanda növbəti bələdiyyə seçkiləri artıq 2025-ci il yanvarın 29-na təyin edilib. Ötən illərdən fərqli olaraq, bələdiyyələrin sayı 1400-dən 685-ə endirilir. Həmçinin seçkilər 118 seçki dairəsini əhatə edəcək.
Eyni zamanda bu ilki bələdiyyə seçkilərində yeni əsas dəyişiklərdən biri də bələdiyyələrin qrant ala bilməsidir.
Ağ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a deyib ki, seçkilərdə iştirak etməyə çalışacaqlar:
"Yerli təşkilatlara məlumat verilib ki, həvəsi olanlar bu seçkilərdə iştirak etsinlər. İştirak məqsədimiz bələdiyyə seçkilərində qalib gəlmək deyil. Əslində Partiya üzvlərinin, rayon təşkilatı aktivlərinin seçkilərdə işlərinin formalaşdırılması, cəmiyyətlə işləmək və Partiyanın təbliğatıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda bələdiyyə sistemi iflic vəziyyətdədir. 1999-cu ildən fəaliyyət göstərən bələdiyyənin Azərbaycanın ictimai-siyasi və sosial həyatında heç bir təsir imkanları yoxdur. Bunlar əvvəllər lap çox idi. Sonralar 2 dəfə sayları azaldıldı. Sonuncu dəfə də 685-ə endirildi. Nə qədər ki bələdiyyələr qardaş Türkiyədəki kimi bütün səlahiyyətlərə malik deyil, onların fəaliyyəti simvolik olacaq. Yəni icra hakimiyyətlərinin kölgəsində qalacaqlar. Əslində bələdiyyə yerli özünüidarə deməkdir. Yəni hər kənd icmal şəklində öz problemini həll etməlidir. Amma indi 4-5 kənd bir bələdiyyədə birləşib. Bu da dolayısıyla elə icra hakimiyyəti strukturuna yaxınlaşdırılır. İnanmıram ki, hazırkı dəyişikliklər bələdiyyələrin fəaliyyətində və ya dövlətdəki ictimai-siyasi səhnədəki mövqeyində müsbət mənada dəyişikliklər etsin. Azərbaycanda icra strukturlarının səlahiyyətləri tam bələdiyyələrə verilməlidir. O zaman bələdiyyələr effektiv işləyə bilər. İndiki halda bələdiyyələrin bu formada fəaliyyət göstərməsini dövlətə yük hesab edirəm. Bəzi səlahiyyətlərin alınması, bəzilərinin əlavə olunması ilə bələdiyyələri düzəltmək mümkün deyil".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region