Tural Abbaslı : "Rusiyanın solovyovları, zatulinləri də var və Azərbaycana hədə-qorxu gələnlər də o tip adamlardır"
Yusif Nəzərli
02:10 21.08.2025
Siyasət
314
Moskva özünün çürümüş imperiya siyasətini və işğalçı üzünü göstərməyə davam edir. Rusiya Silahlı Qüvvələrinin İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatları (PUA) ilə növbəti dəfə Ukraynanın Odessa şəhərində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurması şimal qonşumuzun Azərbaycana qarşı hibrid müharibəsinin təzahürüdür. Bu baxımdan, SOCAR-ın Ukraynadakı infrastrukturuna endirilən zərbəni qətiyyən təsadüfi hadisə hesab etmək olmaz. Kreml heç vaxt təsadüf anlayışı ilə hərəkət etmir. Azərbaycana qarşı atılan bütün addımlar xüsusi plana əsaslanır. Sözügedən plan isə ilk növbədə Azərbaycanın müstəqil siyasətinə, onun Cənubi Qafqazdakı liderlik mövqeyinə, habelə son vaxtlar Azərbaycan-ABŞ-Ermənistan formatında regionda sülh və sabitlik naminə atılan addımlara qarşı yönəlib. Putin Rusiyası ABŞ-nin Cənubi Qafqazda yeni geosiyasi arxitektura formalaşdırmaq səylərini özünə qarşı açıq təhlükə kimi dəyərləndirir. Rusiyalı politoloqların və hərbi ekspertlərin Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması barədə isterik çıxışları da məhz Kremlin bu narahatlıqlarından qaynaqlanır. Kreml strateqləri Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinə görə ilk növbədə Azərbaycanı günahkar qismində təqdim etməyə çalışırlar. Kreml Azərbaycanın timsalında "yeni düşmən" obrazı yaratmağa çalışır. Belə bir obrazın yaradılması ona həm daxili sabitlik və cəmiyyətin toparlanması üçün, həm də postsovet ölkələrinə qarşı ekspansiv siyasətini davam etdirmək üçün lazımdır. Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz-kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsi də bu siyasətin tərkib hissələrindən biridir. Əlbəttə, Rusiyanın bu cür aqressiv addımlarının və təxribatlarının arxasında başqa amillər və motivlər də dayanır. SOCAR-ın Odessadakı neft bazasına zərbə endirməklə, Kreml həm də Ukrayna ilə istər energetika sahəsində, istərsə də digər sahələrdə əməkdaşlığı genişləndirməyə səy göstərən MDB ölkələrinə bir növ xəbərdarlıq etməyə, onları Ukraynaya dəstək verməkdən çəkindirməyə çalışır.
AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a açıqlamasında deyib ki, Rusiya-Azərbaycan münasibətləri hazırda kifayət qədər gərgindir. Fakt odur ki, Azərbaycan və Rusiyanın həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada əlaqələri kifayət qədər korlanmış vəziyyətdədir:
"Üstəlik, Azərbaycan Prezidentinin ABŞ-yə son səfəri, orada imzalanan sənədlər əminəm ki, Rusiyanı ciddi surətdə hiddətləndirib. Hətta görünür, Putin bu məsələni şəxsiləşdirib. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə olarkən vurğuladı ki, dünyanın bir nömrəli ölkəsində və ən böyük liderin iştirakı ilə sənədlər imzalanır. Azərbaycana qəzəblənən Rusiya müxtəlif addımlarla cavab verməyə çalışır. Rusiyanın ölkəmizə qarşı atdığı addımlardan biri də Azərbaycanın beynəlxalq investisiyalarına zərbə vurmaqdır. Hələlik ən rahat şəkildə Ukraynadakı SOCAR-a məxsus müəssisələri vurur, çünki müharibə şəraitidir deyə, burada məsuliyyətdən yayınmaq asandır. Təbii ki, Azərbaycan sərt etirazını bildirir, alternativ cavablarını verir. Ukraynaya 2 milyon dollarlıq yardım göndərməklə, ərazi bütövlüyünü bir daha dəstəkləməklə mövqeyini nümayiş etdirdi".
T.Abbaslı əlavə edib ki, Rusiyanın solovyovları, zatulinləri də var və Azərbaycana hədə-qorxu gələnlər də o tip adamlardır:
"Ara-sıra rəsmilərin dilindən də qəbuledilməz ifadələr, yanaşmalar sərgilənir. Əlbəttə, xoş olmayan davranışdır. Azərbaycanla normal qonşuluq siyasəti yürütmək, maraqlarımızı nəzərə almaq, bizimlə dost olmaq lazımdır. Azərbaycan zəif ölkə deyil və bizim müttəfiqlərimiz heç zaman bizi yarı yolda, darda qoymazlar. Bu gün Ukraynanın müttəfiqləri Kiyevi yarı yolda qoyublar, ondan ərazi güzəşti tələb edirlər. O baxımdan bəzi rusların "Azərbaycana hücum edək" kimi sözləri sərsəm bəyanatlardır. Məsələ ondadır ki, Rusiya-Azərbaycan gərginliyinin aradan qalxması üçün Bakının edəcəyi heç nə yoxdur. İlk addımı Rusiya atmalıdır, çünki qarşıdurmanı məhz Moskva başladıb. Hələ də azərbaycanlılara qarşı təzyiqlər davam etdirilir. Kreml rəhbəri anlamalıdır ki, Azərbaycan diktə ediləsi ölkə deyil. Rusiya yanlış yoldadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual