Tural Gəncəliyev: “AŞPA ikili standartlara daha çox rəvac verən bir platformadır”
10:20 06.06.2020
Siyasət
723
“Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament “seçkilər”ini əksər beynəlxalaq təşkilatlar pislədiyi halda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu məsələyə münasibət bildirməməsi sözügedən qurumun iç üzünü bir daha dünyaya göstərdi”.
Bunu Trend-ə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
T.Gəncəliyev bildirib ki, koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda Dağlıq Qarabağda təşkil olunan “seçki” şousu ən kəskin formada, ədaləti və insan hüquqlarının qorunmasını özünün ali dəyərləri sayan AŞPA tərfindən kəskin tənqid olunmalı idi.
O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyası ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfini dəstəkləmək yolunu tutub:
“Belə olan halda bu qurum hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan danışa bilər?”
T.Gəncəliyev bildirib ki, AŞPA ikili standartlara daha çox rəvac verən bir platformadır:
“Əgər belə deyilsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalır? Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası istiqamətində neçə illərdir ki, bir addam belə atmır. Hesab edirəm ki, bu məsələlərə aydınlıq gətirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm