Təşkilat sədri Dərviş Rəcəb var bildirib ki, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın ifadə ettiyi kimi Ermənistan bu təcavüzün altında boğulacaq: “Birləşmiş Millətlər Təşkilatının və bir çox beynəlxalq təşkilatlar Ermənistanı işğalçi olaraq qabul edib və Azərbaycan torpaqlarını erməni silahlı qvvələrinin dərhal tərk etmələrini bəyan etsə də bu qərarlar indiyə qədər diqqətə alınmayıb.
Turan Uyğarlığı Təşkilatı erməni təxribatları ilə bağlı bəyanat verdi
11:33 27.07.2020
Siyasət
727
Ufuk Kamal: “Bu prosesi lehimizə çevirməliyik”
“İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumu bölgədə atəşkəsin pozulmasına, gərginliyin artmasına səbəb olub. Bir millət, iki dövlət prinsipi ilə hərəkət edən Türkiyə ilə Azərbaycan arasında daha sıx birlik yaranıb. Ermənilərin xain hücumundan sonra daha güclü, konkret addımların atılacağı, əlaqələrin daha da gücləndiriləcəyi qarşıya konkret məqsəd olaraq qoyulub”. Bu fikirlər Turan Uyğarlığı Təşkilatının Türkiyə mediasında yer alan bəyanatında qeyd olunub.
Təşkilat sədri Dərviş Rəcəb var bildirib ki, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın ifadə ettiyi kimi Ermənistan bu təcavüzün altında boğulacaq: “Birləşmiş Millətlər Təşkilatının və bir çox beynəlxalq təşkilatlar Ermənistanı işğalçi olaraq qabul edib və Azərbaycan torpaqlarını erməni silahlı qvvələrinin dərhal tərk etmələrini bəyan etsə də bu qərarlar indiyə qədər diqqətə alınmayıb.
Tam əksinə, təcavüz gettikcə artıb. Tovuz olaylarında həyatını itirən şəhidlərimizin qanları yerdə qalmayacaq. “Türkün Türkdən yaxşı dostu ola bilmaz” anlayışını ağılla həyata keçirəcəyik. Zamanı gələndə bu birliyimizdən doğan gücümüzün zalımlar üzərində təsirini görəcəkləri gün uzaqda deyil. Azərbaycandakı şəhidlərimizə Allahdan rəhmət, uca millətimizə səbr və əzm diləyir, Turan sədası, Qarabağ sevdası Türkün unudulmaz andı olduğunu bütün ictimaiyyətə sayqı ilə bəyan edirik”.
Təşkilat funksioneri Ufuk Kamal isə dedi ki, Ermənistan Tovuzda törətdiyi təxribatların cəzasını çəkəcək: “Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli mövqe sərgiləməsi qürurvericidir. Biz Turan Uyğarlığı Təşkilatı olaraq dövlət başçılarımızın birlik mesajından son dərəcə məmnunuq və onların arxasındayıq. Bu düşmənə göz dağı verməklə yanaşı, eyni zamanda həm ölkələrimizin daxilində, həm də qürbətdə yaşayan soydaşlarımıza stimul verir. Biz bütün cəbhələrdə düşməni məğlub edəcəyimizə əminik. Bir daha bəyan edirik ki, böyük millətin fərdləri olaraq savaşa tam hazırıq və bizim qarşımızda heç bir güc dayana bilməz. Onu da nəzərinizə çatdırım ki, Turan Uyğarlığı Təşkilatının 1000 üzvü bizə rəsmi müraciət edərək Qarabağda savaşmağa hazır olduğunu bildirib”.
Ufuk Kamal erməni diasporunun Avropada və dünyanın müxtəlif ölkələrində soydaşlarımıza qarşı törətdiyi təxribatlara, vandal hərəkətlərə də toxunub: “Təbii ki, ermənilərə istənilən formada cavab vermək gücümüz var. Ermənilər dünyanın heç bir yerində, o cümlədən Avropada bizim qarşımızda dayana, duruş gətirə bilməzlər. Los Ancelesdə, Brüsseldə və digər yerlərdəki təxribatlar və təxribatlara cəhdlər planlı olaraq həyata keçirilir. Bizim onları əzməyimiz bizim deyil, onların işinə yarayacaq. Biz emosional qərar verməməli, son dərəcə ağılla hərəkət etməli və bu prosesi lehimizə çevirməliyik. Bunun üçün fürsət yaranıb. Şükür ki, artıq diaspor təşkilatrımızın əksəriyyəti bunu təxribat olduğunu anladı və prosesi ağıllı şəkildə yönləndirəcəklərinə ümidliyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi