“Türk dövlətləri ən çətin məqamda belə ortaq qərarlar qəbul edir”
Şəymən Bayramova
09:09 13.04.2020
Siyasət
1056
“Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkilərlə bağlı Orta Asiya Türk dövlətlərinin mövqeyi olmadı”
“Azərbaycan və Türkiyə Türk dövlətlərini bu istiqamətdə yönləndirməli, hətta Ermənistana iqtisadi sanksiyaların tətbiq olunmasına çalışılmalıdır”
Prezident İlham Əliyevin təşəbbüsü ilə 10 aprel 2020-ci ildə təşkil edilən Türk Şurasının Virtual Fövqəladə Zirvəsi Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrin liderlərini bir araya gətirib.
Videokonfransla baş tutan Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Türk Şurası Zirvə görüşünün gündəliyi iştirak edən bütün ölkələr üçün strateji maraq doğuran məsələlərdən ibarət olub.
Yerli və beynəlxalq ekspertlərin rəyinə görə, Türk Şurası qətiyyətli, dinamik bir fəaliyyət göstərdi və 103 mindən çox insanın həyatını itirdiyi koronavirusun yayılması fonunda sürətli bir şəkildə hərəkət edib.
Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə kornovirus pandemiyasına dair Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsini yüksək dəyərləndirən politoloq Məhəmməd Əsədullazadənin “Sherg.az”a dediyinə görə, bu videokonfrans Türk dövlətlərinin siyasi birlik nümayişinin göstəricisidir:
“Bu onu göstərir ki, artıq Türk dövlətləri ən çətin məqamda bir yerə gəlmək və ortaq qərarlar qəbul etmək iqtidarındadır. Azərbaycan prezidentinin təşəbbüsü ilə baş tutan fövqəladə video konfrans bir daha sübut etdi ki, təşkilat daxilində kordinasiya, birlik və əməkdaşlıq yüksək səviyyədədir. Dünyanı cənginə alan bu epidemiyaya qarşı yeganə birlik daxilində ölkələrdir ki, toplanır və ortaq mövqe sərgiləyirlər.
Bu Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasında və inkişaf etdirilməsində Azərbaycan və Türkiyənin rolu xüsusi əhəmiyyət kəsb edir. Koronavirus pandemiyasından sonra Türk Dövlətlərinin Əməkdaşlıq şurasının daha da effektli və siyasi-iqtisadi birlik modeli çərçivəsndə inteqrasiyası labüd olmalıdır.
Üzv dövlətlər bir-birilərinin üzləşdiyi probelmələrə qarşı birlik nümayiş etdirib dəstək verməsi istiqamətində bir mexanizm formalaşdırılmalıdır. Bu xüsusda Azərbaycan təkliflər və mexanizmlər hazırlamalıdır. Post-pandemiya dövründə yeni dünya siyasi nizamı formalaşacaq bu birliyin effektli şəkildə çalışması üçün indidən işlər görülməlidir. Türk dövlətlərini bir- birinə birləşdirən yol Azərbaycandan keçir. Demək Azərbaycan bu istiqamətdə daha çox çalışmalıdır ki, birlik çərçivəsində inteqrasiya güclənsin. Dövlət başçısı İlham Əliyev və Qazaxısatın lideri Nursultan Nazarbayev birliyin güclənməsində şəxsi təşəbbüslərini əsirgəməyiblər”.
Politoloqun sözlərinə görə, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı Türkiyə, Qazaxıstan daha çox bu işdə bizə dəstək verir. Artıq Əməkdaşlıq Şurasının ortaq bir siyasi mövqeyi lazımdır:
“Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkilərlə bağlı Orta Asiya Türk dövlətlərinin mövqeyi olmadı. Halbuki, bu təşkilat çərçivəsində ciddi iş aparılmalı idi, Türk dövlətləri ciddi şəkildə Ermənistana xəbərdarlıq bəyanatı verməli idilər. Görünür. Azərbaycan XİN hələki bu istiqamətdə çox zəif çalışır.
Azərbaycan və Türkiyə Türk dövlətlərini bu istiqamətdə yönləndirməli, hətta Ermənistana iqtisadi sanksiyaların tətbiq olunmasına çalışılmalıdır. Əgər, Türk dövlətləri birlik yolunda bu qədər yol gəliblərsə, Qarabağla bağlı Azərbaycanın tam yanında ola bilərlər. Bu xüsusda ciddi işlər görmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya