Türk dövlətlərinin mübarizəsi:“Pandemiyadan birgə yaxa qurtaracağıq !”
Banuçiçək Kalbalıyeva
12:13 16.04.2020
Siyasət
768
"Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni nümunələr ortaya qoymaqda, təqdim etməkdə davam edir. Cənab Prezident növbəti ilkə imza atdı, ilk dəfə bir neçə dövlət və hökumət başçısının videokonfrans vasitəsilə görüşünü təşkil etdi".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin intizam komissiyasının sədri Eldar İbrahimov ölkə başçısının sədrliyi ilə Türk Dövlətləri Əməkdaşlıq Şurasının bir neçə gün əvvəl keçirilən videokonfransı haqqında danışarkən dedi.
E. İbrahimov, həmçinin qeyd etdi ki, bəşəri problem olan koronavirus pandemiyasına qarşı türk dövlətlərinin birgə mübarizəsi, onların öz təcrübələrini bölüşmələri tez bir zamanda bu bəladan yaxa qurtarmağımıza kömək edəcək:
"Ölkə Prezidenti təşəbbüslə çıxış edərək, Türk Şurasının liderlərini telekonfrans vasitəsi ilə bir araya gətirdi, fövqəladə Zirvə görüşünü təşkil etdi. İstər bu görüşə, istərsə də çətin günlərdə Azərbaycanın dost və qardaş həmrəyliyinə, yardımlarına görə Türk Şurasının liderləri hər biri ayrı-ayrılıqda Azərbaycan Prezidentinə öz minnətdarlıqlarını, təşəkkürlərini ifadə etdilər.
Bildirdilər ki, Azərbaycanın Şuraya sədrliyi çox ağır bir dövrə təsadüf edir, amma Azərbaycan bu missiyanın da öhdəsindən uğurla, layiqincə gəlməyi bacarır və bacaracaq.
O da birmənalı şəkildə qeyd olundu ki, Türk Şurası dövlətləri və xalqları səylərini bir daha birləşdirməklə, birlikdə koronavirusla bağlı problemlərdən uğurla xilas olacaq.
Azərbaycanın sədrliyi ilə iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlıq daha da möhkəmlənəcək. Ölkələrimizin əlaqələri səmərəli olacaq və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm