Türkiyə atəşkəsə nəzarət etmək işində xüsusi rol oynayacaq
Turan
11:52 15.11.2020
Siyasət
1267
"Azərbaycan tarixinə növbəti şərəfli və unudulmaz günlər daxil oldu".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputat qeyd edib ki, Ermənistanın "yenilməz" ordusu məhv oldu, otuz il ərzində qurduqları istehkamlar keçildi və fərarilik başladı:
"Ermənistanda hələ də qarşılıqlı ittihamlar baş alıb gedir. Artıq onlarla şəxs vətənə xəyanət ittihamı ilə, hərbi qanunlarla mühakimə olunub, onlarla şəxs yüksək postlardan uzaqlaşdırılıb. Azərbaycan ordusunda isə bir dənə belə olsun fərarilik və ya digər mənfi hallara rast gəlinmədi. Otuz ilin əziyyəti, ümidsizliyi və əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Bütün bunlar göstərdi ki, heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Şuşanın azad edilməsindən sonra bayraq günündə 72 yaşayış məntəqəsi olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycanın vətən müharibəsində qələbəsi yalnız hərbi yolla olmadı. Eyni zamanda siyasi yolla da qələbə qazandıq:
"Məhz hərbi qələbəmiz düşməni məcbur etdi ki, Ağdam, Laçın və Kəlbəcər rayonları siyasi yolla qaytarılsın. Xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz və ordu quruculuğu bizim qələbəmizi şərtləndirən önəmli amillərdən oldu. Azərbaycan müharibəni yalnız humanitar hüquq normaları çərçivəsində aparmaqla ona əsassız ittihamlar irəli sürənlərə qarşı layiqli cavab vermiş oldu. Ermənistan isə öz terrorist xislətini, beynəlxalq hüquq normalarına hörmətsizliyini bariz şəkildə göstərdi. Ermənilərin məskunlaşdığı, gizləndiyi şəhərlər böyük dağıntılara məruz qalmayıb, çünki biz mülki obyektlərə atəş açmamışıq. Ermənistan isə bütün insani hədləri aşaraq münaqişə zonasından tamamilə kənar olan və mülki şəxslərin yaşadığı əraziləri - Gəncəni, Bərdəni, Tərtəri və digərlərini atəşə tutdu, bombaladı, qadağan olunmuş silahlardan istifadə etməklə ciddi zərərlərə və insan tələfatına səbəb oldu".
E.Səlimov vurğulayıb ki, qazanılan uğurlamınızı və Azərbaycanın qələbəsini özündə ehtiva edən 10 noyabr tarixli bəyanatın da xüsusi əhəmiyyəti var:
"Bəyanata əsasən, sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxmış oldu. Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ermənistan baş nazirinin onu imzalamaqdan hər vəchlə imtina etməsi də bununla bağlı idi. Bütün bunlara baxmayaraq, o, düşdükləri acınacaqlı vəziyyəti və Azərbaycanın qazandığı parlaq qələbəni qəbul etməklə bu sənədi məcbur qalaraq sonradan imzalamışdır. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında, ona hər hansı muxtariyyət verilməsi barədə bir kəlmə də yoxdur. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək və Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində xüsusi rol oynayacaq. Bunun nəticəsində başqa kənar oyunçuların bölgədə iştirak etmək cəhdləri aradan qalxmış olur. Eyni zamanda, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atılmışdır ki, bununla da Naxçıvanın otuz illik blokadasına son qoyulur. Eyni zamanda türk dünyasının yerüstü tranzit-rabitə əlaqələri bərpa olunur. Bu qələbə dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Azərbaycan xalqı öz yenilməzliyini, dəmir iradəsini göstərdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm
Prezident Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:39 31.07.2026
Gündəm
Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
10:19 31.07.2026
Hadisə