Türkiyə-Azərbaycan təlimləri Tonoyanı əl-ayağa salıb
Fidan Həmişəyeva
14:54 30.07.2020
Siyasət
668
“Guya bu təlim onlar üçün təhlükə törədə bilər. İran səfiri ilə görüşün keçirilməsi də bununla bağlıdır”
Ermənistanın müdafiə naziri David Tonoyan İran səfiri Abbas Badaxşan Zouri ilə görüşüb. Görüşdə İranın hərbi attaşesi də iştirak edib. Hər iki tərəf Türkiyə-Azərbaycan hərbi təlimini müzakirə edərək, hərbi məsləhətləşmələr aparıblar.
Ermənistan Türkiyənin Azərbaycanla birlikdə hərbi təlimlər keçirməsini Rusiya və İranın maraqlarına təhdid kimi göstərməyə çalışır. Tovuz hadisələri fonunda dünyanın bir çox ölkələri rəsmi şəkildə Azərbaycana dəstək verdi. Rusiya neytral mövqe sərgilədi, İran isə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini elan etdi. Lakin Ermənistanın müdafiə naziri ilə İran səfirinin görüşü bəzi məqamların aydınlanmasına səbəb olacaq. İranın Ermənistana dəstək verib-verməyəcəyi sual altındadır. Bəs, İran düşmən ölkəyə köməklik göstərərsə, Azərbaycan hansı addımları atmalıdır?
Sualımızı cavablandıran politoloq Sədrəddin Soltan“Sherg.az”a açıqlamasında söyləyib ki, Türkiyə-Azərbaycan təlimləri düşmənə göz dağı əməliyyatıdır. Analitikin sözlərinə görə, Ermənistan Türkiyənin Azərbaycanla keçirdiyi hərbi əməliyyatdan ciddi narahatdır:
“Ataların bir misalı var: “Xain xoflu olar”. Tarixən düşmənlər Türkiyə ilə Azərbaycanın birlik olmasından xoflanıblar. İndi də bu təlimin keçirilməsindən narahatdırlar.
Düşünürlər ki, görəsən, bu iki dövlət təlim keçirib nə edəcəklər? Çünki Ermənistan Azərbaycan və Türkiyəyə qarşı olan bir bölgədir. Ermənistanın müdafiə naziri Rusiyan, ABŞ və Fransanın səfirləri ilə görüşlər keçirdi.
Hər üç ölkə ATƏT-in Minsk Qrupunun həmsədridir. Ermənistan bu görüşdə planlaşdırılmış təlimlərdən narahatlığını ifadə etdi. Guya bu təlim onlar üçün təhlükə törədə bilər. İran səfiri ilə görüşün keçirilməsi isə bununla bağlıdır.
İran bölgə dövlətidir və həm Azərbaycan, həm Türkiyə ilə münasibətləri normaldır.
Ona görə də Ermənistan rəhbərliyi əmin olmaq istəyir ki, Azərbaycan və Türkiyənin hərbi təlimləri onlara hansısa zərər törətməsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm