Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan dərhal hücumları dayandırmalı, muzdlu əsgərləri və terrorçuları geri göndərməlidir
18:21 04.10.2020
Siyasət
602
Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən Ermənistan iyulun 12-də və sentyabrın 21-də Tovuz istiqamətindəki hücumlarının ardından bütün dünyanın gözü qarşısında atəşkəsi pozaraq Azərbaycanın mövqelərini və yaşayış məskənlərini ağır silahlarla davamlı atəşə tutmuşdur.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuata açıqlamasında əksini tapıb.
Video və yazılı açıqlamada deyilir: “Uşaq, qadın və yaşlı demədən Xocalıda qətliam həyata keçirən Ermənistan 30 il əvvəl necə idisə, bu gün də eyni şəkildə bölgədə sülhə və sabitliyin təmin olunmasına əngəl olmaqda davam edir.
Beynəlxalq hüququn açıq şəkildə pozulması və mülki əhalinin itkilərinə yol açan erməni hücumlarını şiddətlə qınayırıq. Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdlu əsgərləri və terrorçuları geri göndərməli, işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməlidir. Günahsız mülki əhalinin hədəf alan erməni terrorçuları ilə əməkdaşlıq edən PKK-YPG terroristlər dərhal bölgəni tərk etməlidir. Əks halda, hər zaman olduğu kimi yenə də məyusluğa düçar olacaqlar.
Ermənistanın özünə qarşı türk təyyarələri, pilotsuz və silahlı pilotsuz aparatlar ilə (İHA/SİHA) hücum edildiyinə dair heç bir sübuta əsaslanmayan mənasız iddialar irəli sürür. Bu iddiaları öz himayədarlarından başqa heç kim tərəfindən ciddi qəbul edilməyib. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri öz gücü ilə zəfər qazanacaq imkana və qabiliyyətə, işğal altındakı öz torpaqlarını qurtaracaq əzm və qərarlılığa sahib olduğunu ötən günlər bütün dünyaya göstərmişdir.
Bütün imkanlarımızla xalqını və torpağının bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqından istifadə edən, özü öz doğma torpağını geri qaytarmaq mücadiləsi göstərən Azərbaycan qardaşlarımızın bundan öncə olduğu kimi bundan sonra da yanında olacağımızı təkrar olaraq vurğulamaq istəyirik.
Ermənistan hücumlarında şəhid olan Azərbaycan qardaşlarımıza Allahdan rəhmət, bütün Azərbaycan xalqına başsağlığı diləyirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat