Türkiyə Prezidenti Administrasiyası son olaylarla bağlı mesaj verdi
13:27 12.05.2025
Siyasət
427
“Separatçı terror təşkilatının silah buraxması və özünü ləğv etmək qərarını elan eləməsi, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə həyata keçirilən "Terrorsuz Türkiyə" prosesinin mühüm bir mərhələsini daha da güclənərək keçdiyinin açıq əlamətidir".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
"Türkiyə 40 ildən artıq bir müddətdə bu mərhələyə gələnə qədər müxtəlif qurbanlar verib, çətinliklər yaşayıb, ən önəmlisi, övladlarını vətən uğrunda şəhid verib.
Bugünkü vəziyyətə gəlməkdə zəhməti müqayisəyəgəlməz dərəcədə böyük olan əziz şəhidlərimizin hər birini rəhmət və minnətlə yad edirik.
Şübhəsiz ki, "Terrorsuz Türkiyə" prosesi nə dünəndən bu günə qədər davam edən qısa müddətli və səthi bir prosesdir, nə də bugündən sabaha tez bir zamanda tamamlanacaq bir işdir. Gözəl ölkəmiz Türkiyənin və əziz Millətimizin terror, zorakılıq və xaosdan uzaq olduğu, əmin-amanlıq, sülh və sabitliyin hökm sürdüyü bir mühitin qurulması üçün Türkiyə Respublikası Dövləti bütün biliyi, potensialı və təcrübəsi ilə çalışmaqda davam edəcəkdir. Sözügedən prosesin sağlam və ardıcıl şəkildə irəliləməsi üçün lazım olan tədbirlər görüləcək, bütün addımlar diqqətlə, şəffaflıq və qətiyyətlə atılacaqdır. Əziz Millətimiz də bu prosesdə dövlətimizin, hökumətimizin və Cənab Prezidentimizin ortaya qoyduğu siyasi iradənin dəstəkçisi olduğunu hər fürsətdə göstərir. Bu şüarla, MHP Başqanı Cənab Dövlət Baxçelinin çağırışı ilə başlanan, Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın iradəsi və liderliyi ilə davam edən, Millət və Dövlətin əl-ələ verdiyi Terrorsuz Türkiyə yürüşümüzün ölkəmiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram",-deyə F.Altun qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
20:18 09.11.2026
Dünya
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya