Ermənistanla sərhədlərin açılması son dərəcə bu ölkənin xeyrinə olacaq. Çünki Ermənistan təcrid olunmuş vəziyyətdədir. Yerevan hökuməti bunu düşünməlidir”. Çavuşoğlunun diqqət çəkdiyi “sərhədlərin açılması” məsələsini “Şərq”ə dəyərləndirən siyasi şərhçi, “Milli.az”ın baş redaktoru Anar İmanov deyib ki, Ermənistanda hansısa normallaşma ona dumanlı görünür. Çünki indiyə qədər Ermənistan rəhbərliyində normal siyasətçi təmsil olunmayıb:
Türkiyə qapıları açıq saxlayır
Turan
10:23 12.01.2021
Siyasət
444
Ermənistan Qafqazın xəritəsindən silinmək istəmirsə, mütləq dəyişməlidir
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin quruluş mərhələsində olduğunu deyib. Nazir bildirib ki, yaxın günlərdə fəaliyyətə başlayacaq mərkəzlərin başlıca məqsədi atəşkəsə nəzarət etmək olacaq. Atəşkəs pozulduğu halda isə Mərkəz bunun qarşısını almaq üçün təcili tədbirlər görəcək. XİN başçısı Ermənistanla gələcək münasibətlərdən də danışıb. Çavuşoğlu vurğulayıb ki, Yerevan tərəfi şərtlərə tam əməl edərsə, təxribatlara meyillənməzsə, Ermənistanla əlaqələr normallaşar: “Bundan sonra atılacaq addımları Azərbaycanla birgə nəzərdən keçirəcəyik.
Ermənistanla sərhədlərin açılması son dərəcə bu ölkənin xeyrinə olacaq. Çünki Ermənistan təcrid olunmuş vəziyyətdədir. Yerevan hökuməti bunu düşünməlidir”. Çavuşoğlunun diqqət çəkdiyi “sərhədlərin açılması” məsələsini “Şərq”ə dəyərləndirən siyasi şərhçi, “Milli.az”ın baş redaktoru Anar İmanov deyib ki, Ermənistanda hansısa normallaşma ona dumanlı görünür. Çünki indiyə qədər Ermənistan rəhbərliyində normal siyasətçi təmsil olunmayıb:
“Hakimiyyət başına keçən şəxslərin heç biri Türkiyə ilə normal münasibətdən söz açmayıb. Əksinə, bütün açıqlamaları ilə qonşuluq əlaqələrinə balta vurublar. Biri deyib ki, “genetik olaraq ermənilərlə türklər birgə yaşaya bilməz”.
Digəri həyasızcasına Xocalı soyqırımına haqq qazandırmağa çalışıb. Başqa bir təlxək isə Azərbaycan torpaqlarında atlanıb-düşərək, sərxoş vəziyyətdə yallı gedərək bizə acıq verirdi. Əlbəttə, hamısının layiqli dərsini 44 günlük Vətən müharibəsində verdik, lazım gələrsə yenə verərik. Ancaq belə düşüncəyə sahib ermənilərdən normal münasibət gözləmək çox çətindir”.
Analitik vurğulayıb ki, qonşularla sülh şəraitində yaşamaq istəyən ağıllı siyasətçilər hakimiyyətə yaxın buraxılmır:
“Normal siyasi qüvvələr hakimiyyətə gələrsə, mövcud reallıqları dərk edərlər. Üfüqdə normal siyasi qüvvə görmürəm. İndi hakimiyyətdə Paşinyandır, yerinə Manukyan gələ bilər. Yəni tunelin sonunda hələ işıq görünmür. Paşinyan təlxəkdirsə, Manukyan cəlladdır. O, Qarabağdakı separatçı hərəkatın başında duran şəxslərdən sayılır. 1992-1993-cü illərdə Manukyan müdafiə naziri səlahiyyətlərini icra edib. Məhz onun nazir olduğu dövrdə işğalçı Ermənistan ordusu Azərbaycan ərazilərinə genişmiqyaslı təcavüz həyata keçirib”.
A.İmanov vurğulayıb ki, Ermənistan hakimiyyəti illərlə əhalini zombiləşdirib:
“Ermənilərə diktə edilib ki, onlar qonşularla sülh şəraitində yaşaya bilməzlər. Ona görə də əlaqələrin normallaşmasına hələ çox var. Türk qardaşlarımız ermənilərlə münasibətləri bizə görə tənzimləyir. Türkiyə rəhbərliyi müxtəlif tribunalardan konkret mövqeyini dəfələrlə dilə gətirib. Lakin ermənilərin başqa çıxış yolu yoxdur.
Normal yaşamaq, ən əsası isə gələcəkdə Qafqazın xəritəsindən silinmək istəmirlərsə, mütləq dəyişməlidirlər. Dəyişiklik isə səmimi olmalıdır. Siyasi manevr düşüncəsi ilə atılmış addımlara aldanmaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə