
Türkiyə və Pakistan liderlərinin Laçın səfəri -ŞƏRH
Türkiyə və Pakistan liderlərinin Laçın səfəri -ŞƏRH
Yusif Nəzərli
12:26 31.05.2025
Siyasət
721
Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır
Bu gün Azərbaycan, Türkiyə və Pakistan dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər sistemində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında Azərbaycanın, Türkiyənin və Pakistanın hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olduğunu önə çəkərək 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Qeyd edildi ki, Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq birgə layihələr, proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcək. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib.
Millət vəkili Əli Məsimli deyib ki, budəfəki 28 May - Müstəqillik Günü başqa oldu. Mayın 28-də dünyanın nəzər-diqqəti işğaldan azad edilmiş Azərbaycan torpağına - Laçına dikildi. Deputatın sözlərinə görə, Azərbaycan üçün çox əlamətdar bir gündə Türkiyə prezidenti və Pakistanın baş nazirinin işğaldan azad olunmuş ərazimizə gəlişi dərin məna daşıyan hadisə oldu:

"Bu, dünyanın nəhəng ölkələrindən olan Türkiyənin NATO üzvü, Pakistanın isə nüvə dövləti timsalında Azərbaycanın yanında olduğunu və ona tam dəstək verdiyinin nümayişi idi. Mahiyyət etibarı ilə özlüyündə Türkiyə və Pakistan dövlət başçılarının Laçına səfəri strateji mahiyyət kəsb edən çox önəmli bir mesajdır. Bununla yanaşı Laçın zirvəsindən üç ölkənin sərhədlərini aşan, dünyanın diqqətini cəlb edən çox vacib mesajlar da verildi. Bu mesajların əsas qayəsini 3 məqam təşkil edir. Birincisi, "gücümüz birliyimizdədir" deyilməklə, Azərbaycan-Türkiyə-Pakistan birliyinin, gücünün mesajı verildi. İkincisi, dayanıqlı sülh, qarşılıqlı hörmət və faydalılıq prinsiplərinə əsaslanan əməkdaşlıq tərəfdarı olduğumuz vurğulandı. Üçüncüsü, bədxahlarımızın bizə qarşı "qırmızı xətti" keçən istənilən bəd əməlinə layiqli cavab verə bilmək iqtidarında olduğumuz bütün dünyaya elan olundu".
Parlamentari əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək hamıya məlumdur:
"Eləcə də, Pakistan-Hindistan arasında Kəşmirlə bağlı son münaqişə zamanı Azərbaycan və Türkiyənin birmənalı və qətiyyətli mövqeləri açıq-aydın göstərdi ki, bu üç ölkənin hər hansı birində hadisə olanda, digərləri onun arxasında duraraq siyasi iradə nümayiş etdirə bilirlər. Bu, həm Azərbaycan-Türkiyə-Pakistan dövlət başçıları arasında qərarlaşmış qardaşlıq münasibətlərindən, həm də xalqlarımızın bir çox cəhətdən, xüsusən ruhən bir-biri ilə çox yaxın olmasından qaynaqlanır. Belə bir etibarlı zəmin əsasında dünyanın geosiyasi səhnəsində Azərbaycan-Türkiyə-Pakistan timsalında yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır.
Bu görüş üç strateji tərəfdaş ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü sadəcə diplomatik bir tədbir deyil, həm də regionda formalaşan yeni geosiyasi düzənin rəsmi bəyanıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm