Türkiyə XİN: Azərbaycan Ermənistana son dəfə işğal etdiyi ərazilərdən geri çəkilmək şansı verib
08:45 10.10.2020
Siyasət
665
“Azərbaycan və Ermənistan arasında bu gün yerli vaxtla saat 12:00-dan cəbhə xəttində atəşkəs elan edilib. Azərbaycan Ermənistana son dəfə işğal etdiyi ərazilərdən çəkilmək imkanı verib”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə XİN-dən yayılan bəyanatda belə bildirilib.
Qeyd olunub ki, 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən başlayan silahlı qarşıdurmalarda Azərbaycan 30 il işğal altında olan torpaqlarını öz imkanları və özünə inamı ilə geri ala biləcəyini bütün dünyaya sübut edib: “Bu müddət ərzində dünyanın hər yerindən humanitar səbəblərdən atəşkəs elan olunması istənilib. Buna görə də Azərbaycan Ermənistana son bir şans verib”.
Bəyanatda bu atəşkəsin humanizm əsasları ilə əsirlərin və cənazələrin dəyişdirilməsi məqsədilə elan edildiyi bildirilib: “Ancaq bu addım başlanğıc üçün vacib bir fəaliyyət olsa da, problemin daimi həllini əvəz etməyəcək”.
“Türkiyə əvvəldən də Azərbaycanın razılıq verəcəyi həll yolunu dəstəklədiyin bəyan edib, bu prinsipinə də sadiq qalaraq həm döyüş meydanında, həm də siyasi danışıqlar masasında Azərbaycanın yanında olmağa davam edəcək”, - deyə bəyanatda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual