Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədri olması geosiyasi tələbə çevrilib - Millət vəkili
Şəymən Bayramova
09:45 16.08.2020
Siyasət
861
"Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir".
Bu sözləri "Sherg.az"a Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi ilə bağlı yayılan rəsmi məlumatları şərh edən millət vəkili Sədaqət Vəliyeva deyib.
Millət vəkili açıqlamasında bir neçə il öncə BP şirkəti öhdəliklərini yerinə yetirmədikdə Prezident İlham Əliyevin eyni ilə bu cür milli maraqları müdafiə edən qətiyyətli mövqe nümayiş etdirdiyini xatırladıb:
"Bununla isbatlanır ki, Azərbaycanın milli marqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur”.
Millət vəkili eyni zamanda Rusiyanın Ermənistanı gizli şəkildə silahlandırması ilə bağlı ortaya çıxan faktların Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar və suallar doğurduğunu vurğulayıb.
Rusiyanın Ermənistanı silahlandırmasını işğalçı ölkəyə dəstək kimi qiymətləndirən deputat bu silahların pulsuz verildiyinə dair bilgilərini də bizimlə paylaşıb:
"Düzdür, Rusiyanın Ermənistana silah "hədiyyə" etməsi məsələsi yeni deyil. Yeni olan yalnız zaman və geosiyasi şəraitdir. Vaxt var idi ki, Rusiya 1 milyard dollarlıq silah yardımı etmişdi Ermənistana. Yəni, 1990-cı illərin ortalarından başlayaraq Rusiyanın Ermənistanı silahlandırması bir reallıqdır. Vaxtilə general-mayor Lev Roxlinin 1997-ci ildə Dövlət Dumasının qapalı iclasında ifşa xarakterli çıxışını, sonradan onun öldürülməsi məsələsini yəqin ki, hər kəs xatırlayır.
S. Vəliyevanın sözlərinə görə, Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk Qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizlik"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə ziddir. Eyni zamanda, silahlandırma mövcud status-kvonun saxlanmasına xidmət edir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir:
"Bütün bunlar fonunda artıq qardaş ölkə Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədri olması geosiyasi tələbə çevrilib. Faktlar onu göstərir ki, ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir. Bu, artıq geosiyasi tələbə çevrilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat