Türkiyəyə qarşı cəbhələnmə ! - Bu əzələ nümayişi effekt verməyəcək
Fidan Həmişəyeva
09:50 08.01.2021
Siyasət
601
“Yunanıstan rəsmi Ankaraya qarşı təxribatlarını gücləndirmək üçün BƏƏ, Misir, Fransa, ABŞ-a və Səudiyyə Ərəbistan ölkələrinə güvənir”
“Yunanıstan və Cənubi Kipr, keçən ilin yaz aylarında müttəfiqləri ilə birlikdə Türkiyəyə qarşı Aralıq dənizində bir neçə dəfə manevr etməyə başladı”
“Türkiyə bu cür gözdağılarından çəkinməyəcək. Ancaq hava və dəniz sahələrimizdə bir pozuntu olarsa, bu ölkələr lazımi cavabı alacaqlar”
Yunan mediası Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın əmri ilə çox sayda “F-15” qırıcısının Krit adasındakı Suda hərbi bazasına enəcəyini yazıb. Bu addımın Türkiyəyə gözdağı vermək üçün atılacağı bildirilib.
Ötən il Aralıq dənizinin şərqində küncə sıxılan Yunanıstan və Cənubi Kipr müttəfiqləri ilə birlikdə Türkiyəyə qarşı həmlələrini davam etdirir. Bu məqsədlə Yunanıstana dəstək olmaq üçün Sudaya əvvəlcə Fransanın “Rafale” tipli döyüş qırıcıları enib. Bundan sonra Liviya və Suriyada Türkiyəyə rəqib olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) adaya doqquz savaş təyyarəsi göndərib. BƏƏ-yə məxsus “F-16”lar Yunanıstan hərbi hava qüvvələri ilə birlikdə təlimlərdə iştirak edib.
Türkiyə ilə silahlanma yarışına girən Yunanıstan hökuməti 2020-ci ilin sonunda Fransa ilə 18 “Rafale” qırıcısının satın alınması üçün müqavilə imzalayıb, ABŞ-dan “F-35” döyüş təyyarələri istəyib. Eyni zamanda, İsraildən pilotsuz uçan aparatlar (PUA) almağa hazırlaşır.
Yunanıstan qardaş ölkəyə qarşı Aralıq dənizində yeni cəbhə yaratmaq üçün əlindən gələni edir. Lakin bu cəhdlərin boşa çıxacağına şübhə yoxdur. Çünki bütün dünya ölkələri Türkiyənin hərbi qüdrəti barədə yetərli bilgiyə sahibdirlər. Ona görə də gün keçdikcə güclənən, iqtisadi və hərbi gücü artan Türkiyə ərəb və qərb ölkələrinə qıcıq verir.
Mövcud proseslər “Sherg.az”a şərh edən Marmara Universitetinin doktoru, professor Sərdar Oğuzxan Çayçıoğlu qeyd edib ki, son aylar Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında yaşanan təbii qaz böhranı iki ölkə arasındakı vəziyyəti daha da gərginləşdirib:
“Bundan sonra Yunanıstan İsrail ilə hərbi sahədə əməkdaşlığını genişləndirməyə qərar verdi. İsrailin “Elbit Systems”adlı müdafiə şirkətinin Yunanıstanla birlikdə İsrail hava qüvvələri üçün uçuş məktəbinin yaradılması barədə planları olduğu açıqlandı. Bu açıqlamanı İsrail Müdafiə Nazirliyi verdi. Həmçinin Yunanıstanın İsraildən 10 M-346 tipli təlim təyyarəsi alacağı da bildirildi”.
S.O.Çayçıoğlunun sözlərinə görə, Yunanıstan Türkiyə ilə yaşadığı anlaşılmazlıqdan sonra müdafiə sahəsindəki büdcəsini 5 dəfə artırdı:
“Fransa ilə yeni bir hərbi müqavilə imzalayan Afina, 18 Fransız döyüş təyyarəsi, dörd yeni frekat, döyüş sursatı və müxtəlif hərbi texnika satın almağı planladığını bildirdi. Yunanıstan Türkiyəyə qarşı təxribatlarını gücləndirmək üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir, Fransa, ABŞ-a və Səudiyyə Ərəbistan ölkələrinə güvənir. Yunanıstan və Cənubi Kipr, keçən ilin yaz aylarında müttəfiqləri ilə birlikdə Türkiyəyə qarşı Aralıq dənizində bir neçə dəfə manevr etməyə başladı.
Artıq Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana məxsus döyüş təyyarələrinin Türkiyəni qorxutmaq üçün Krit adasındakı Suda hərbi bazasına enəcəyi açıqlanıb. Türkiyə Aralıq dənizində öz qanuni hüquqlarını müdafiə edir.
Heç bir ölkənin sərhədinə girərək pozuntulara yol vermir. Amma bu ölkələr Türkiyənin Aralıq dənizindəki zəngin qaynaqlara sahib olması və təbii olaraq, dövlətimizin iqtisadi baxımdan güclənməsindən çəkinirlər. Bundan əlavə, bəzi ərəb və qərb ölkələri Türkiyənin bölgədə supergüc dövlət olmasından kifayət qədər narahatdırlar. Bu səbəbdən birlikdə hərəkət edərək rəsmi Ankaranı cilovlamaq istəyirlər”.
Professor vurğulayıb ki, istənilən ölkə qarşılıqlı razılaşma əsasında birgə təlimlər keçirə bilər:
“Türkiyə bu cür gözdağılarından çəkinməyəcək. Ancaq hava və dəniz sahələrimizdə bir pozuntu olarsa, bu ölkələr lazımi cavabı alacaqlar. Prezident Rəcəb Tayyib Ərdoğan və Milli Müdafiə naziri Hulusi Akar bununla bağlı lazımi açıqlamanı veriblər.
Türkiyə hüquqlarını müdafiə etmək üçün beynəlxalq dəniz qanunlarına uyğun şəkildə işlər görür. Ölkəmiz hər zaman Aralıq dənizində doğru addımları atmağa davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur
İran Hörmüz boğazının açılması ilə bağlı şərtlərini ABŞ-a çatdırıb
20:33 11.08.2026
Dünya
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi
20:18 11.08.2026
Hadisə
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub
20:00 11.08.2026
Rəsmi